Əsas Səhifə > Manşet / Gündəm > "Arxiv İdarəsi mənə lazım olan sənədləri bilərəkdən saxtalaşdırır"
"Arxiv İdarəsi mənə lazım olan sənədləri bilərəkdən saxtalaşdırır"2-06-2025, 10:52 |
"Arxiv İdarəsi mənə lazım olan sənədləri bilərəkdən saxtalaşdırır. Bu idarə aldığım torpaq payı ilə bağlı sənədlərimi düzəltmək üçün tələb edilən arayışda arxiv məlumatlarımı gizlədir". Bu sözləri Anxeber.com-a Şəmkir rayonundan şikayətçi Narqələm Həsənova bildirib. Şikayətçi bildirib ki, ona lazım olan sənədləri nə Arxiv İdarəsindən, nə ASAN Xidmətdən, nə də polisdən ala bilir. Dediyinə görə, əsas məsuliyyətsizliyi Arxiv İdarəsi edir: "Mən, Quliyeva Narqələm 1959-ci ildə Şəmkir rayonunda anadan olmuşam. 1975-ci ildə doğum şəhadətnaməmin əsasında sovet pasportu almışam və o vaxtdan etibarən bütün sənədlərim “Quliyeva” soyadı ilə rəsmiləşdirilib. 1992-ci ildə ailə həyatı qurduqdan sonra yoldaşımın soyadını qəbul edərək “Həsənova” olmuşam. Lakin bu dəyişikliyə qədər – yəni 1959 –1992-ci illər arasında – mənim bütün sənədlərim “Quliyeva” soyadı ilə olub. Təhsil sənədlərim, torpaq payı sənədlərim, şəxsi məlumatlarım, dövlət orqanlarına aid bütün rəsmi sənədlər bu soyadla qeydiyyata alınıb. Hazırda şəxsi və hüquqi işlərim üçün 1992-ci ilə qədər olan dövrə dair arxiv arayışına ehtiyacım var. Quliyeva soyadı ilə aldığım torpaq payının sənədlərini düzəltdirmək üçün mənə 1992-ci ilə qədərki "Quliyeva" soyadıyla olan sənədlər lazımdır. Ancaq neçə aydır ki, Arxiv İdarəsi bu sənədləri təqdim etməkdən imtina edir. Müraciət etdiyim zaman idarə mənə yalnız hazırkı soyadımla – yəni “Həsənova” kimi sənəd təqdim edir. Halbuki bu soyadı mən yalnız ailə həyatı qurduqdan sonra götürmüşəm. Əslində isə mənə lazımdır ki, idarə mənim 1959–1992-ci illər arasında Quliyeva Narqələm olaraq mövcudluğumu təsdiqləyən rəsmi arayışı versin". Onun sözlərinə görə, Arxiv İdarəsi sənədləri başından edir və məlumatları tapmaq əvəzinə soyadını "Həsənova" kimi yazaraq saxta sənəd verir. Vətəndaş olaraq dövlət qurumlarından ədalətli, şəffaf və qanunlara uyğun yanaşma gözləyirəm". Geri qayıt |