Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Manşet, Cəmiyyət > „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“
„Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“29-04-2025, 11:19 |
![]() Məhkəmə hakiminə rüşvətxor dediyinə görə 300 saatlıq icbari iş alan Naxçıvan sakini Kərim Seyidzadə, həmin hakimin bahalı evlərini və maşınlarını işarə edərək, sual verir: „Əgər rüşvətxor deyilsə, bu evləri hansı pulla alıb?“ O, həmin hakimə məxsus olduğunu iddia etdiyi evlərdən birinin video görüntüsünü də çəkib. Naxçıvan şəhər Məhkəməsinin hakimi Qabil Məmmədova rüşvətxor dediyinə görə, K. Seyidzadəyə ötən il cinayət işi açılmışdı. Buna görə də elə həmin məhkəmənin digər hakimləri onu 300 saatlıq məcburi iş cəzasına məhkum etmişdi. Haqsız yerə cəzalandırıldığına görə o, bir neçə ay öncə elə məhkəmə binasında sirkə içərək intihara cəhd etmişdi. Yerli sakin bildirir ki, məhkəmədə hakiminlər onun təqdim etdiyi sübutların heç birini nəzərə almayıblar. Kərim Seyidzadə həmin hakimlərin də bahalı avtomobilləri və evlərinin olduğunu iddia edir. "Gündəlik Naxçıvan" Daha ətraflı aşağıdakı videoda: Videoya baxmaq üçün BURA TIKLAYIN... Geri qayıt |