Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Belə davam etsə, Naxçıvanda ət Türkiyədən də BAHA OLACAQ...
Əsas Səhifə > Manşet, Cəmiyyət > Belə davam etsə, Naxçıvanda ət Türkiyədən də BAHA OLACAQ...

Belə davam etsə, Naxçıvanda ət Türkiyədən də BAHA OLACAQ...


28-04-2025, 11:12
Belə davam etsə, Naxçıvanda ət Türkiyədən də BAHA OLACAQ...
Naxçıvanda iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. "DİA-AZ" xatırladır ki, bu barədə yerli Kənd Təsərrüfatı Nazirliyinin müavini Xəyalə Dadaşova baytarlarla görüşündə məlumat verib. Qeyd edək ki, görüş keçən həftə baş tutub.

Onun sözlərinə görə, iribuynuzlu heyvanların damazlıq təsərrüfatı üzrə 100 baş inək və 80 baş camış olması tələb olunsa da, Naxçıvanda bu rəqəmlər yalnız 30 baş inək və 10 baş camışla məhdudlaşır. Xırdabuynuzlu heyvanlarla bağlı isə, 500 baş ana qoyun və 200 baş ana keçinin olması tələb edilirsə, muxtar respublikada yalnız 150 baş qoyun və 50 baş keçi mövcuddur. Xəyalə Dadaşova, heyvanların sayını artırmaq üçün baytarlığın inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

"DİA-AZ" bildirir ki, amma rəsmilərdən fərqli olaraq fermelər tamam əksini düşünür və gələcəyə heç də nikbin baxmırlar.

Bu barədə fermerlərdən biri "DİA-AZ"a yazır:

"Naxçıvanda heyvandarlığín inkişafí üçün yerli hakimiyyət orqanları yerlərdə əhali və sakinlərlə əlaqə yaradıb maraqlanmayıb, yerli fermerlərə hansısa formada dəstək olmayıbdır.

Əksinə, badalaq atıblar, fermer təsərrüfatlarına mane olublar. Kəndlilərin, fermerlərin örüş yerlərini zəbt ediblər bu vəziyyətə çatdırıblar.

Baytarlara da dövlət nəzarəti olmayıb, əhalinin mal qarasına vaxtında gedib peyvənd vurmyíblar... Ona gõrə heyvanlar tələf olurdu deyə əhali mal heyvanı dəyər-dəyməzinə satdı. Və fermerlər düşündü ki, bu yolla canínı xilas etdi.

Heyvandarlığın və Maldarlığın inkişafı üçün yerli hökumət orqanları xalqa dəstək olmalıdır və bu mühúm şərtdir. Əgərt belə davam edərsə, Naxçıvanda ət Türküyədən baha qiymətə olacaq... Buna az qalıb..."
2g

Geri qayıt