Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Naxçıvanda sakinlər Fuad Nəcəfliyə OD PÜSKÜRDÜ
Əsas Səhifə > Manşet, Sosial > Naxçıvanda sakinlər Fuad Nəcəfliyə OD PÜSKÜRDÜ

Naxçıvanda sakinlər Fuad Nəcəfliyə OD PÜSKÜRDÜ


26-03-2025, 11:24
Naxçıvanda sakinlər Fuad Nəcəfliyə OD PÜSKÜRDÜ
Naxçıvandan Azərbaycanın digər bölgələrinə gediş-gəliş zamanı Muxtar Respublika sakinlərinə gömrük yoxlamasnın tətbiqi böyük narazılıqla qarşılanıb. "DİA-AZ" xəbər verir ki, neçə gündür bu olaya etiraz edən naxçıvanlılar sosial şəbəkələr və xəbər postalları araçılığı ilə Prezidentin Naxçıvan MR-da xüsusi nümayəndəsi Fuad Nəcəfliyə etirazlarını ünvanlamaqdadırlar.

Bu barədə "DİA-AZ"a müraciət edən sakinlər bildirir:

"Fuad Nəcəflinin vəzifəsinin özü belə qanunsuzdur və onun bütün qərarları, addımları ləğv olunmalıdır. Vasif Talıbovun dövründə də Naxçıvanda gömrük var idi. Amma bu gömrük xaricilər üçün idi. Bunlar nə demək istəyir: MƏGƏR NAXÇIVAN AZƏRBAYCAN DEYİL? Fuad Nəcəflinin bu addımı separatizm qədərində təhlükəlidir.

Ona görə də, biz Prezidentimizə müraciət edərək Fuad Nəcəflinin və onun təyin etdiyi özbaşına qalmış məmurların vəzifədən alınmasını, bütün qanunsuz qərarların ləğv olunmasını xahiş edirik.

Naxçıvan bu gün ağır durumdadır. Hamı Nəcəflinin əlindən bzş götürüb qaçır. Belə uzun davam edə bilməz..."

Geri qayıt