Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycan vətəndaşı Rusiya bankına etibar etdi... VƏ...
Əsas Səhifə > Manşet, Siyasət > Azərbaycan vətəndaşı Rusiya bankına etibar etdi... VƏ...

Azərbaycan vətəndaşı Rusiya bankına etibar etdi... VƏ...


14-03-2025, 08:31
Azərbaycan vətəndaşı Rusiya bankına etibar etdi... VƏ...
"Dünən Bank VTB (Azərbaycan)-a (Rusiyaya məxsusdur) qarşı müştərisinin adından verdiyim iddia birinci instansiya məhkəməsində təmin olundu. Deməli, 2022-ci ilin fevral ayında müştəri xaricə köçürmə edib, Ukraynaya hücum etdiyi üçün Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğu üçün vəsait vasitəçi müxbir ABŞ bankı tərəfindən bloklanıb". "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.

O daha sonra əlavə edib: "Nəticədə təyinatı üzrə çatdırılmayıb. İndi VTB deyir ki, başımıza işdir gəlib də (fors majordur), təqsirimiz yoxdur. Müqayisə üçün: banka krediti olan şəxsin başına iş gəldiyi (müflisləşdiyi) üçün borcunu ödəyə bilməyəndə bank məgər gözləyir? Xeyr! Bəs pulunu banka verib köçürülməsini istəyən müştəri nəyi və niyə gözləməlidir? Bununla belə, müştəri 3 ildir ki, gözləyir. Bankın nümayəndəsi məhkəməyə bəzi sənədlər təqdim etdi ki, görürsüz bu pulun qaytarılması üçün nə qədər iş görmüşük, amma siz (yəni müştəri) nankorsuz (bankın səviyyəsinə baxın eee: görün müştərisinə göstərdiyi xidmətə görə nə deyir! ümumiyyətlə, bankın nümayəndəsi qanuni arqument tapmadığı üçün daha çox hay-küy salırdı). Bunun cavabında dedim: “Rusiya bankı olduğunuzu sübut etdiniz. Necə ki, Tramp Ukraynanı nankorluqda ittiham edir siz də bizi, halbuki işinizdir də, etməlisiz, pulumuzu da qaytarmalısız, Rusiyanın başına gələn isə öz günahıdır!”"

Geri qayıt