Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Etibar Pirverdiyevin şirkətinin işçisi SƏFİL GÜNÜNDƏ...
Əsas Səhifə > Manşet, Ölkə > Etibar Pirverdiyevin şirkətinin işçisi SƏFİL GÜNÜNDƏ...

Etibar Pirverdiyevin şirkətinin işçisi SƏFİL GÜNÜNDƏ...


9-03-2025, 11:53
Etibar Pirverdiyevin şirkətinin işçisi SƏFİL GÜNÜNDƏ...
Əlixan Əliyev deyir ki, 1988 ci ildə Qərbi Azərbaycandan qaçqın gəlib və həmin vaxtdan Migəçevir şəhərində məskunlaşıb. "DİA-AZ"ın məlumatına görə, vətəndaş bildirir ki, "Azenco" şirkətində qaynaqçı çalışarkən yıxılıb və nəticədə onurğa sütunu zədələnib.

Əliyev iddia edir ki, şirkət rəhbərliyi ona heç yerə şikayət etməməsini tapşırıb və maddi, mənəvi dəstək olacağını deyib. Vətəndaş deyir ki, bu günə qədər ona heç bir köməklik göstərilməyib.

Acınacaqlı vəzziyyətdə küçələrdə yaşayır. Əliyev deyir ki, aldığı xəsarətlərdən sonra 2013-cü ildə müavinət təyin edilsə də, 2021-ci ildə aldığı müavinət dayandırılıb. O, dəfələrlə aidiyyatı qurumlardan kömək istəsə də, heç bir köməklik göstərilmədiyini deyir.

Hazırda küçədə yaşayan şikayətçi aidiyyatı qurumlara müraciət edərək dövlətin balasında olan yataqxanaların birinə köçürülməsi üçün ona köməklik göstərilməsini xahiş edir.
Geri qayıt