Əsas Səhifə > Manşet, Cəmiyyət > Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR?
Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR?Bu gün, 11:28 |
![]() Məlum olduğu kimi əlverişsiz hava şəraiti səbəbindən dənizdə çalışan neftçilərin növbələşməsi mümkünsüz olub. Tamam... tutaq ki, dövlətimiz bu kimi hava şəraitindən sığortalanmayıb... imkanımız yoxdur... lap tutaq ki, kasıb ölkəyik. Amma bu halda belə artıq işlədilməsinə görə həmin işçilərə əlavə ödənişlər olunmalıdır. Bizdə isə dövlətimizin İMKANI OLA-OLA nə işçilərin hüquqları təmin olunur, nə də yeyilən haqları bərpa olunur. Bizə isə yalnız problemləri yenidən diqqətə çatdırmaq qalır. "DİA-AZ" bildirir ki, bu yöndəki fəaliyyəti ilə xüsusi seçilən Neftçilərin Hüquqların Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti dəfə sıravi neft çalşanının problemini işıqlandırıb. Beləliklə, dənizdə əslində Ana Təbiətin yox, SOCAR-ın girovuna çevrilən neft işçilərindən biri yazır: "23 gündən artıqdır ki, dənizdəyik,növbə dəyişilmir. Ən yaxşı halda bizim platformada növbə dəyişikliyi mart ayının 2-si,yaxud 3-də gözlənilir. Bu halda mən yenidən ,ayın 5-də dənizə işə qayıtmalıyam. Ümumi hesabla fevral,mart ayları üzrə mən 30 gün işdə olmalı halda, 45 gün dənizdə oluram . Dəfələrlə şikayət,xahiş etsək də hələ də normal iş qrafiki ilə işləyə bilmirik. Bu hal isə uzun müddətdir ki,davam edir..." Qeyd edək ki, Mirvari Qəhrəmanlı bu neft işçisinin müraciətini əsas tutaraq aidiyyatı qurum və şəxslərə müraciət də edib. O bildirib: "Düşünürəm ki, problemin həllini tapmamasına səbəb işçilərin nəqliyyatla təmin olunmasına məsul şəxsin cəzasız qalmasıdır...." Geri qayıt |