Əsas Səhifə > Manşet, Gündəm > Sumqayıtın məktəb direktorları ölkə prezidentinə MÜRACİƏT ETDİLƏR
Sumqayıtın məktəb direktorları ölkə prezidentinə MÜRACİƏT ETDİLƏRDünən, 05:38 |
![]() Vətəninfo.az-ın redaksiyasına Sumqayıt şəhər orta məktəblərinin çoxsaylı direktor və direktor müavinləri adından şikayət daxil olub. Şikayətdə qeyd edilir ki, Sumqayıt şəhərinin onlarla məktəbin direktor və direktor müavinlərinin artırılan əmək haqları kəsilib. Müraciəti olduğu kimi təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan Möhtərəm İlham Əliyev Cənablarına Surəti : Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Çox Hörmətli Mehriban Xanım Əliyevaya Surəti : “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Hörmətli Leyla Əliyevaya Surəti : Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova Surəti : Milli Məclisinin sədri xanım Sahibə Qafarovaya Surəti : Maliyyə naziri cənab Sahil Babayevə Surəti : Əmək və Əhalinin Sosial Müdafiə Naziri cənab Anar Əliyevə Surəti : İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman xanım Səbinə Əliyevaya Surəti : Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri cənab Sahib Məmmədova Surəti : Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovaya Surəti : Elm və Təhsil naziri cənab Emin Əmrullayevə Surəti : Təhsil institutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən cənab Elnur Əliyevə Surəti : Təhsilin İnkişafı Fondunun İH sədri cənab Elnur Nəsirova Sumqayıt şəhərinin orta məktəb direktorları və direktor müavinləri tərəfindən K O L L E K T İ V Ş İ K A Y Ə T Möhtərəm İlham Əliyev Cənabları əhalinin sosial rifahının yaxşılaşdırmasını Özünün ən başlıca vəzifəsi hesab etmişdir və istiqamətdə mühüm Fərmanlar vermişdir. Cənab Prezidentimiz hər zaman təhsil sektoruna xüsusi diqqət, qayğı göstərmişdir. AR Prezidentinin 18.08.2022-ci il tarixli 1815 No-li Fərmanının 2.1 bəndinə əsasən AR NK-nin 2024-cü il tarixli, 540 No-li Qərarı ilə Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsinin vahid tarif cədvəlinə əsasən 2025-ci il yanvar ayından etibarən təhsil işçilərinin əmək haqları artırılmışdır. Lakin işçilərin vəzifə maaşları Vahid Taarif Cədvəlindəki dərəcələri kimi hesablanmır. Maliyyə yeyintilərini ört-basdır etmək üçün işçilərin xüsusilə də direktor və direktor müavinlərinin vahid taarif cədvəlindəki vəzifə maaşları Abşeron-Xızı Regional Maliyyə idarəsində kəsilir. İşçilərin xüsusilə də direktor və direktor müavinlərinin hansı dərəcəyə aid olmaqlarını gizlədilir. SİMA proqramında dəqiq görünmür. İşçi hansı dərəcəyə aid olmağını bilmir, əmək haqqındakı artımı dəqiq bilmir. Bundan əlavə, Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında AR NK-nin 321 No-li, 20.08.2022-ci il tarixli Qərarına əsasən hər il 1 yanvar tarixinə şagird sayına görə direktorun və ditrektor müavininin vəzifə maaşına aylıq əlavələr ödənilir. BAXMAQ ÜÇÜN BURA TIKLAYIN... Lakin bu günə kimi bizim 2025-ci ilin yanvar ayına aid əlavələrimiz ödənməyib. 2025-ci ilin yanvar ayının əlavələri bu günə kimi ödənilmir. Bundan əlavə, direktor və direktor müavinlərinə verilən dərs saatları sentyabr ayında alınacaq, sertifikasiyanın nəticələrindən sonra bu məsələyə yenidən baxılacaqdır. Nazirlər Kabineti Cənab Prezidentin Fərmanını rəhbər tutaraq maaşlarımızın artırılması və şagird sayından asılı olaraq maaşlarımza əlavələrin verilməsi barədə qərar imzalayır. Abşeron-Xızı Regional Maliyyə İdarəsi isə maliyyə nazirliyinin yoxlamasını bəhanə edib əlavələrimizi kəsir, bölünən dərs saatlarını alır. Yoxlama olanda işçinin maaşını kəsilməlidir ?! Şagird sayına görə əmək haqlarımıza edilən əlavələrdən bizi məhrum ediliblər. Mühasibatlıq bu günə qədər də əmək haqlarımızı düzgün hesablamır. Maaşlarımızı kəsilir.Əmək haqlarımız NK-nin müəyyən etdiyi məbləğlərdən fərqlidir. Bu günə maaşlarımıza edilən əlavələrimiz ödənilməyib, artımla maaş almamışıq. Bu qədər özbaşınalıq olar ? Maliyyə nazirliyinin komissiyası I növbədə Prezident Sərəncamına, NK-nin Qərarlarına xor baxanları, bu qanunsuzluqlara yol verənləri fəaliyyətini araşdırsın görək Prezident Sərəncamına Nazirlər Kabinetinin Qərarına niyə icra etmirlər ? Xahiş edirik haqq səsimizin Möhtərəm Prezident İlham Əliyev Cənablarına çatdırılması üçün bizə köməkliyinizi göstərəsiniz. Öncədən Sizə minnətdarıq. Sumqayıt şəhər orta məktəblərinin çoxsaylı direktor və direktor müavinləri adından Aslanov T. Geri qayıt |