Əsas Səhifə > Manşet, Gündəm > "Heç bir inkişaf strategiyası, kadr siyasəti yoxdur!"

"Heç bir inkişaf strategiyası, kadr siyasəti yoxdur!"


15-02-2025, 08:39
"Heç bir inkişaf strategiyası, kadr siyasəti yoxdur!"
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı son günlər sosial şəbəkələrdə aktiv müzakirə predmetinə çevrilmiş SOCAR rəhbərliyinin vakansiya siyasəti ilə bağlı növbəti açıqlama ilə çıxış edib. "DİA-AZ" xəbər verir ki, M.Qəhrəmanlı "Mütəxəsis rəyi" başlığı altında Alçın Şirinzadənin müəllifi olduğu paylaşımı diqqətə çatdırıb:

"2012-ci ilin qaydaları ilə fəaliyyət göstərən ARDNŞ-in (SOCAR-ın), "Azneft"in illər boyu dəyişən Rəhbərliyi islahatlar adı altında, çoxminli fəhlə/mühəndis heyətinin narazılıqlarını həll etməyə nail ola bilmirsə, neft hasilatının kəskin düşməsinin qarşısını almaqda çətinlik çəkər. Ali təhsilli fəhlələrin mühəndis vəzifələrinə təyinatının "imtahan"larla həyata keçirilməsi, İdarə rəhbərlərinin mütəxəssis yetişdirməsindəki iştirakına yəqin ki maneçilik yaradır. ARDNŞ, Azneft təcrübəli ekspertləri, mütəxəssisləri, xüsusən də Şirkətin Həmkarlar İttifaqının əməkdaşları və b. təşkilatlarla birlikdə köhnəlmiş qaydalara yenidən tərtib edilməsinə nail olsalar, ümumi işin xeyrinə olar, narazılıqların sayı azalar..."

"DİA-AZ" bildirir ki, bu məsələ ilə bağlı daha bir neçə SOCAR çalışanı da fikirlərini paylaşıb ki, onlardan bəzilərini nəzərinizə çatdırırıq. Beləliklə...

***

Rac Kərimov:
Şirkətin hazirki kadr siyasətinin məntiqinə əsaslanib belə qənaətə gəlmək olar ki, bundan sonra 3-cu dərəcəli neft qaz çıxarma operatoru vəzifəsinə ən azından magistraturanı və ya doktoranturanı bitirənlər uyğun gələcək. Ustalar Keymbric məzunu, mədən rəisləri Oksford məzunu, baş muhəndis və idarə rəisləri isə Harvard universitetinin məzunları olmalıdırlar....

Sabuhi Nasibov:
Hələ "Yarımştat" televiziya tamaşasında rəhmətlik Yaşar Nuri şəxsən ifa etdiyi bir mahnı var idi..

"Mən müdirəm, rəhbərəm,
Vəzifəmi sevərəm
İmza, möhür, kabineti
Bir kimsəyə vermərəm..
Çərxi fələk qırıqdı.. İşlər yaman fırıqdı.."
SOCAR rəhbərliyi ölü atı qamçılamaqdan, onu diriltmək uğrunda min oyundan çıxmaqdan, ölü ata yalvarmaqdan, onun hələ xariqələr yaradacağına inanmaqdan əl çəkib onun belindən düşməsə, idarəetməni işi bilənlərə təslim etməsə, şirkətin inkişafına sərmayə yatırmasa, şirkət müflisliyini elan edib iflasa uğrayacaq.. Necəə ki uğrayıb.. İşdən başqa hər intriqalar var o təşkilatda.. KQİT-indən tutmuş NQÇİ-lərinə qədər hər yerdə işin həcmi zülmün həcmiylə ölçülür... Zülüm boldursa, demək iş gedir.. sanki, qaydalarla, təhlükəsiz, yeni avadanlıqla insan kimi insan şəraitində işləməyə, yaşamağa orda söyüş qoyulub..
Çaşıb qalıb hamısı.. Heç bir inkişaf strategiyası, kadr siyasəti yoxdur! Hər hansı idarənin Əsas Performans göstəricilərinə baxın.. Boş-boş danışmaqdan başqa heş zad...
Gəmisi belə.. Vertalyotu elə.. Platforması bir başqa...İnkişaf yolunda hələ tam "pombur" səviyyəsinə çatmamış adamı gətirib sex rəsi qoyurlar... Elektron məktubu aça bilmir, göndərə bilmir, cavablaya bilmir...Şirkətin hansı rifahını yüksəldə bilər ki, öz rifahının təsadüfi-inanılmaz pikindədir?
Elçilərimiz heç fərli kadrlar deyilsə, onda toyumuz mübarək!

***

Mövzu diqqətimizdədir...

Geri qayıt