Əsas Səhifə > Manşet, Hadisə > Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ...
Cəlilabadda Qazilər HAQSIZLIQLA ÜZ-ÜZƏ...Bu gün, 10:25 |
"Cənab Prezident, mənim sizə müraciətim Cəlilabad rayonunda gedən özbaşınalıqlarla əlaqədardır. Mən Sizdən bir Qarabağ qazisi olaraq xahiş edirəm ki, Cəlilabadda yaşanılan özbaşınalıqlar, Cəlilabadda icra başçısından qaynaqlanan problemlərlə bağlı rayon qazilərinin 5 nəfərlik nümayəndə heyətini qəbul edəsiniz". "DİA-AZ" bildirir ki, bu müraciətin müəllifi olan Cəlilabad rayon sakini, Qarabağ Qazisi Asəf İsmayılov sosial şəbəkədə video-aylaşım edərək, ölkə başçısının diqqətini yaşadığı rayondakı problemlərə cəlb etmək istəyib. Rayondakı Qarabağ qaziləri adından etdiyi müraciətində Asəf İsmayılov daha sonra əlavə edir: "Rafiq CƏlilov bu gün tamamilə sizin iradənizin əksinə gedir, verdiyiniz təlimat və göstərişləri icra etmir..." "Burda ancaq bir tayfanın adamları vəzifə başındadır..." deyən A.İsmayılov bildirir ki, əgər hansısa işi görmək istəyirsənsə, bu tayfadan olmalısan... əks halda həbs olunacaqsan, ya da başını götürüb qaçmalı olacaqsan... VİDEO BURADA: baxmaq üçün bura tıklayın... Geri qayıt |