Əsas Səhifə > Manşet, Ölkə > Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR...

Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR...


Dünən, 11:27
Əmək müqaviləsi olmadan işlədi... İNDİ CƏZASINI ÇƏKİR...
Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 ünvanında yaşayan Həsənov Əfsan Əli oğlu tərəfindən "DİA-AZ"a şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Xətaidəki “Zəfər parkı”nda işləyən zaman ciddi xəsarət alsa da, ona təzminat ödənilmir:

“Mən, Həsənov Əfsan Əli oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Hazırda yuxarıda qeyd etdiyim ünvanda kirayədə yaşayıram. Oktyabrın 22-də “Ağ şəhər”də yerləşən “Zəfər parkı”nın tikintisini aparan şirkətlərdən birinə işə qəbul olmuşam. Oktyabr ayında qolumun üstünə dəmir düşüb, qolum sınıb. Şirkətdən mənə bildirdilər ki, heç yerə getmə, şikayət etmə, təzminatın ödəniləcək. 3 aylıq pul ödəyəcəklərini bildirmişdilər. Lakin hələ də ödəmirlər. Mən müqavilə ilə işlədiyimi düşünürdüm, sən demə aldadılmışam.

Qolum qırılıb, başqa heç yerdədə işləyə bilmirəm. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, məni aldadıb müqaviləsiz işlədən, “Zəfər parkı”nın tikintisində iştirak edən şirkət haqqında tədbir görülsün".

Geri qayıt