Əsas Səhifə > Manşet, Hadisə > İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi...

İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi...


Bu gün, 08:43
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi...
Cəllabad rayonunun Xəlilli kənd sakini Həmzə Sadıqov rayon məmurlarının özbaşnalığından şikayətçidir.

"DİA-AZ"ın məlumatına görə, şikayətçi deyir ki, evi qəzalı vəziyyətdədir, bununla bağlı rayonun icra hakimiyyətinə və diğər aidiyyatı qurum rəhbərlərinə müraciət etsə də, onun bu acınacaqlı şəraiti ilə maraqlanan olmayıb.

Şikayətçi iddia edir ki, ötən ilin noyabır ayında icra nümayəndəsi onun evində video çəkliş edib və ona 700 manat yardım edəcəyini deyib, lakin pulu götürməyə gedəndə ona 70 manat veriblər.

O, Cəllabadda etiraz edənin, haqqını tələb edən hər kəsin rayon məmurları tərəfindən şərlənərək həbs edildiyini iddia edir və aidiyyatı qurumlardan Cəllabaddakı məmur özbaşnalığının qarşısının alınmasını xahş edir.

Geri qayıt