Əsas Səhifə > Manşet, Güney Press > Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır...
Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır...Bu gün, 15:14 |
SOCAR strukturlarına müşahidə olunan neqativləri ictimailəşdirən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı növbəti işçi gileyini təqdim edib. "DİA-AZ" xəbər verir ki, bu dəfə xitsara düşməsindən yox... aldığı maaşın azlığından şikayətçi düşən neft çalışanlarından birinin yazdıqlarını paylaşan tanınmış hüquq müdafiəçisi eyni zamanda əlaqədar qurumları tədbir görməyə çağırıb. "DİA-AZ" olaraq M.Qəhrəmanlıya istinadla neft çalışanının paylaşımını təqdim edirik: " "Abşeron" Neft və Qaz Çıxarma İdarəsinin, quyularının əsaslı və yeraltı təmir ustası bunları yazır: İdarə üzrə işçilərin hamısı peşəkar oldu, cəmi biz 16 nəfər ustalar - əsas iş icraçıları biz peşəkar olmadıq? Halbuki, ən ağır iş şəraitdə - 15 gün növbə ərzində 5-6 özül dəyişən, ən ağır özüllərdə işləyən, tufanlı dalğalarda işləyən bizlərə bonus verilmədi, aidiyyatı orqanlara müraciət etdik, hər kəs bir-birinin üstünə atir... Bilmirik ki, günahkar kimdir, kimin ucbatından biz bonus, mukafatlandirma ala bilmədik. Mənim evdə isləyənim yoxdur... 5 nəfər ailəyə baxiram. Bu ay vəzifədə oturanlar, dəniz üzünü görməyənlər, bizlərin dənizdə hansı şəraitdə, hansi çətinliklərə üz-üzə gəldiyimizi bilməyənlər vəzifə maaslarının 3-4 mislini aldılar... Bizə də heç olmasa 1.5 mislini versinlər..." Geri qayıt |