Əsas Səhifə > Manşet, Sosial > Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ
Tanınmış yazar AZƏRİQAZ-a OD PÜSKÜRDÜ4-01-2025, 08:47 |
Son günlər ayrı-ayrı abunəçiləri "Azəriqaz" İstehsalat Birliyi tərəfindən onlara əlavə əsassız borcların yazılmasından giley edirlər ki, bu da total xarakter almaqdadır. Qeyd edək ki, bununla bağlı "DİA-AZ" olaraq bir neçə vətəndaş g9ileyini təqdim etmişik. Bu dəfə isə narazılıq edən tanınmış yazar Murad Köhnəqaladır. "Yeni ildə, yanvarın 1-ində 50 manat qazpulu ödəmişik, burda da yazılıb, 20 manat borc qalmışdı..." deyə etiraza qalxan Murad Köhnəqala iddiasını sübutlayan fotonu da təqdim edərək aşağıdakı vurğulayır: "Üstündən iki gün keçib, bu gün bizə 152 manat borcumuzun olduğunu yazdılar. Demək, biz bu iki gündə 132 manatlıq qaz yandırmışıq? Zavod-zad işlədirik? Bu nə dəlixanadı?" Geri qayıt |