Əsas Səhifə > Manşet, Hadisə > “Premium Bank”ın “PREMİUM” XİDMƏTİ...
“Premium Bank”ın “PREMİUM” XİDMƏTİ...3-01-2025, 10:09 |
"Yola saldığımız il bəlli oldu ki, “Premium Bank” gəliri olmayan adi vətəndaşa istehlak məqsədi ilə 5% dərəcəsi ilə 2,5 mln manat məbləğində kredit verib. Özü də bu məbləği bank Elman Rüstəmovun vaxtında Mərkəzi Bankdan götürüb..." "DİA-AZ" xəbər verir ki, bunu öz açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib. "Düzdür, burada dələduzluq da olub: heç nədən xəbəri olmayan başqa şəxsin əmlakı girov qoyulub..." deyə vurğulayan ekspert daha sonra əlavə edib: "Amma əsas odur ki, sən demə Azərbaycanda gəlirsiz vətəndaşa heç bir konkret məqsəd olmadan kredit verən bank varmış. Odur ki, əziz həmvətənlər, pul lazım olanda, üz tutun bu banka: arayışsız-filasınz aşağı faizlə milyonlarla pul götürə bilərsiz və Mərkəzi Bank da burada heç bir problem görməyəcək. Ümid edək ki, yeni ildə də “Premium Bank” müştərilərini belə kreditlərlə sevindirəcək..." Geri qayıt |