Əsas Səhifə > Manşet, Hadisə > Ödəniş edirsən... pul çıxılır... amma ünvana çatmır...

Ödəniş edirsən... pul çıxılır... amma ünvana çatmır...


Dünən, 09:27
Ödəniş edirsən... pul çıxılır... amma ünvana çatmır...
"Azərbaycan Beynəlxalq Bankından (ABB) şikayətim var. "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Hüseyn Hüseynli adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra bildirir: "25 manat axşam internet üçün ödəniş etdim. Vəsait kardan çıxıldı, amma internet işləmədi...

Provayder ilə danışdım... dedilər ki, ödəniş əks olunmur, bank ilə əlaqə saxlayın...

Bank da sorğu açıb deyir ki, 7 iş günü ərzində sizə cavab veriləcək.

Günümüzdə hər şey hardasa internet ilə işləyir... bunlar da 1 həftə gözləməyimi istəyir..."

Ödəniş edirsən... pul çıxılır... amma ünvana çatmır...

Geri qayıt