Əsas Səhifə > Manşet, Siyasət > İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar...
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar...Bu gün, 08:49 |
SOCAR-a aid strukturlarda həyata keçirilən və planmlaşdırılan işçi ixtisarlarındakı özbaşınalıqlar Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) diqqət mərkəzindədir. "DİA-AZ" bildirir ki, NHMT-nin hüquqşünası Azər Quliyev bir müddət əvvəl açıqlama ilə çıxış edərək hətta ixtisarların özünün yersiz olması bir yana, ixtisarlar zamanı belə qanun pozuntularına yol verilməsinə xüsusi diqqət çəkmişdir. Bu isə sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunub. "DİA-AZ" olaraq bu müzakirələr zamanı açıqlanan bəzi fikirləri və faktları nəzərinizə çatdırırıq. Beləliklə... Raul Əsgərov adlı sosial şəbəkə istifadəçisi yazır: "Kompleks Qazma İşləri Trestinin bölümlərində 1 rəis, 5 müavin var... İxtisar etmək istəyirlərsə, yüksək maaş alan müavinlərin sayını azaltsınlar. Ancaq işləri-gücləri axşam işdən sora bahalı restoranlarda oturub yeyib-içmək... müxtəlif əyləncələrlə keflənməkdir... Yetim-yesirə də qiymətləndirmə etmirlər ki, bu da nəticədə onların bonus almamasına səbəb olur... 40 ilin işçisinə qiymətləndirmə etməyən bölüm rəisi də sonda bonus alamayandan üzürxahlıq edir ki, guya onluq məsələ yoxdur... Əgər durum həqiqətən də elədirsə, çıxart cibindən ver..." Ramin Məmmədov adlı sosial şəbəkə istifadəçisi olan neft çalışanı isə bunları yazır: "Kütləvi azaltmaları fikirləşəndə bir yüksək vəzifədə oturanlardan da düşünsünlər. Harda fəhlə kateqoriyası var onu vururlar. Bu yaxınlarda struktur dəyişikliyi ilə əlaqədar ixtisar olan ancaq fəhlə kateqoriyasınadır. Dost MMC vasitəsilə işləyənləri də çıxarırlar. 326 manat əməkhaqqı alan bir insanın yeganə qazanc yeri oradır ona dəstək olmaqdansa, daha da vurmağa çalışırlar. 326 manat bugünkü gündə bir aylıq dolanmağa köməklik etmir, amma ən azından müəyyən problemlərin köməyidir..." Geri qayıt |