Əsas Səhifə > Manşet, Güney Press > KAPİTALBANK-ın ABSURD YANAŞMASI...
KAPİTALBANK-ın ABSURD YANAŞMASI...Bu gün, 12:33 |
" "Kapitalbank" bir vətəndaşa kredit verəndə iş yerindən arayış tələb edir. Nəsil-kökündə zəng etmədiyi adam qalmır... Amma kiber üsulla vətəndaşın "Birbankı"na daxil olanlardan qoruya bilmir..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında tanınmış jurnalist Pərviz Həşimli ifadə edib. Jurnalist daha sonra bildirir: "Demək, bir yaxınımızın "Birbank" tətbiqinə müdaxilə olub. Hesabdakı 4500 manat çəkilib. Əlavə olaraq da 1500 manat kredit çəkilib. Bank bu krediti verəndə kart sahibinə niyə bu şübhəli əməliyyat haqqında bilgi vermir? Ən azı zəng edib, sorğu-sual etməliydi. İndi polisdə araşdırılan bu talamaya görə vətəndaşı dirəyir ki, kreditini ödə... Haker hücumdan güclü müdafiə sistemi qura bilmirsən, vətəndaşın sənə etibar etdiyi pulu qaytarmaq əvəzinə hələ deyirsən ki, krediti ödə bizə dəxli yoxdur..." Geri qayıt |