Əsas Səhifə > Manşet, Güney Press > “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq”
“Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq”18-12-2024, 14:49 |
Ağdam rayonu, Ergi kənd sakini Gülməmmədov Elşən Xıdır oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Həsənov Vaqif Bəhram oğluna müraciət ünvanlayıb. Müraciəti olduğu kimi dərc edirik: “Cənab Başçı! Yazıb bildirmək istəyirəm ki, hal-hazırda Ağdam rayonunun Ergi kəndində, 3 ailə 2 otaqlı daxmada yaşayırıq. Daxmamız qəzalı vəziyyətdədir. Paltarla yatıb, elə də oyanırıq. Acınacaqlı durumdayıq. 2019-cu ildən bu günə kimi müraciət etmədiyimiz təşkilat qalmayıb. Heç bir qurum bizimlə maraqlanmayıb. Xahiş edirəm, Xankəndində, Laçında boş bina, həyət evləri varsa, bizi müvaəqqəti də olsa, həmin əraziyə yerləşdirsinlər. İcra Hakimiyyətindən zəng edib deyirlər ki, siz Laçında deyil, Ağdam rayonu, Mərzili kəndində qeydiyyatdasınız, nə vaxt orada evlər hazır olsa, həmin vaxt evlə təmin olunacaqsınız. Lakin diqqətinizə çatdırım ki, artıq xüsusilə də soyuq qış aylarında yaşamaq bizim üçün mümkünsüz olub. Xahiş edirəm, bizə dəstək olun”. Geri qayıt |