Əsas Səhifə > Manşet, Sosial > Can ay fəhlə... sənin hələ pensiya dərdin də var...
Can ay fəhlə... sənin hələ pensiya dərdin də var...Bu gün, 09:01 |
"Dövlət Sosial Müdafiə Fondunun neftçiyə - onun əmək şəraitinə görə güzəştli şərtlərlə pensiyasına çıxma barədə verdiyi imtina qərarları təəccübləndirməkdə davam edir". "DİA-AZ" xəbər verir ki, bunu "Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) hüquqşünası Azər Quliyev bildirib. "Daha bir neftçiyə verilmiş cavab da çox qəribə, əsassız və qanunsuz olmuşdur" deyə fikrinə davam edən hüquqşünas bunları əlavə edib: "Belə ki, DSMF: çalışdığı peşə və ya sahənin adının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında olmasına, neftçinin eyni idarədə, eyni sahədə və sexdə bölmədə işləməsinə baxmayaraq onun: “Neft və qaz sahəsində operator”peşəsi üzrə güzəştli iş stajını qəbul edir, lakin Neft - qaz sahəsində olan: "elektrik mantyorlrı, usta və mühəndis peşə və ya vəzifələri üzrə güzəştli iş stajını qəbul etmir. Əsas odur ki,nə yolla olur olsun, qanuni və ya qanunsuz, neftçi güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququnu itirsin. Qeyd olunan halda isə neftçi əzab-əziyyət, maddi xərclər çəkib, stresslər keçirib məhkəməyə müraciət etməli, uzun müddət gpzləməli, ya da qəbul edib 5 il bu hüququnu itirməlidir. Təbii ki, bir çoxları da bu məhkəmə əzab və əziyyətlərindən çəkinib məhkəməyə müraciət etmirlər. DSMF-nin qeyd olunan İmtina məktubundan neftçi tərəfindən Bakı İnzibati Məhkəməsinə İddia ərizəsi ilə müraciət edilib..." Yəni aydın olanı odur ki, NHMT daha bir neft çalışanının pensiya hüquqları uğruna yeni məhkəmə mübarizəsinə başlayır. Hər halda bu mübarizənin başında ilk olaraq həmin neftçini çalışdırmış SOCAR-ın özü dayanmalı, özü maraqlı tərəf kimi çıxış etməli idi... Geri qayıt |