Əsas Səhifə > Manşet, Cəmiyyət > Bu təhsil ocağında təhsildən başqa HƏR ŞEY VAR...
Bu təhsil ocağında təhsildən başqa HƏR ŞEY VAR...12-12-2024, 10:35 |
Abşeron rayonu Güzdək qəsəbəsində fəaliyyət göstərən tam orta məktəbdən “SəhərMedia” xəbər portalının redaksiyasına valideynlər tərəfindən ard-arda şikayətlər daxil olub. Belə ki, məktəb direktoru Sevil Əliyevanın rəhbərlik etdiyi təhsil ocağı dövlət tərəfindən qarşılanan təminatları şagirdlərə satır. “Tələblərə” qarşılıq verməyən şagirdlər isə sıxışdırılır və hətta dərsdən xaric edilir. Daxil olan məlumatda şikayətçilərin iddialarına görə məktəbdə müəllim fəaliyyəti ilə məşgul olan fənn müəllimlərinin şagirdlərlə kobud davranış qaydaları da valideynləri narahat edir. Övladlarının müəllimlər tərəfindən aldıqları psixoloji travmalar valideynlərin haqlı narazılıqlarına səbəb olur. İddialara görə direktor tərəfindən məcburi pul yığılması bir yana, təhsil ocağında şagirdlərə qarşı aqresiya göstərən müəllimlərdə digər tərəfdən uşaqlara mənfi təsir bağışlayır. Məktəbə lazım olan pərəd, jalüz, süpürgə və digər vasitələr üçün şagirdlərdən pul vəsaiti tələb olunur. O zaman ortaya belə bir sual çıxır. Bəs dövlətin məktəbə ayırdığı təminat hara gedir? Şagirdlərdən summativ vərəqlərinə pul almaq nə deməkdir? Bəs idarədən verilən ləvazimatlar hansı məqsədlə istifadə olunur? Məktəblə bağlı çoxsaylı şikayətlərin içərisində valideynlər onu da iddia edirlər ki, müəllimlər və əlaxsusda rus dili fənnini tədris edən Gülnarə Xəlilova şagirdlərlə kobud davranmaqla yanaşı, onlara qresiv cavablarda qaytarır. Habelə, digər müəllimlər tərəfindən dəfələrlə sinif uşaqlarına təhsildən kənar buyruqlar olub. Güzdək qəsəbə tam orta məktəbin direktoru Sevil xanım, sizcə müəllim məktəbə dərs keçməyə gəlir, yoxsa kürəyini massaj etdirmək üçün? Şagirdlərlə bi “səmimiyyət” hardandır? Tabeliyinizdə olan məktəbdə tədris etdiyi fənndən başqa digər işlərlə məşgul olan müəllimləri niyə cəzalandırmırsınız? Onların bu əməllərinə niyə göz yumursunuz? Qapalı rejim sistemi ilə çalışan bu məktəbdə valideynlər dəfələrlə direktor Sevil Əliyevaya və sinif rəhbərlərinə açıq dərs keçirilməsi ilə bağlı müraciət etsələrdə onların bu təklifi rədd edilmişdir. İddiaya görə, valideynlər övladları ilə maraqlanmaq üçün məktəbə baş vursalarda, bu qapalı rejimdə fəaliyyət göstərən məktəbin qapıları onların üzünə qapanmışdır. Direktor Sevil Əliyevanın Güzdək qəsəbə tam orta məktəbinin bu cür neqativ və özbaşına hallarla idarə etməsi artıq məktəbdə təhsil alan şagirdlərin və onların valideynlərini hiddətləndirir. Siniflərdə dərsdən çox hazırlığa getməyə vadar edilən şagirdlər təhsildən uzaqlaşır. Nəticədə məhv olan gələcək yetişir. Əlavə olaraq bildirmək istəyirik ki, iddialara görə hazırlığa getmək üçün dərsdən yayınan şagirdlər pul verdikləri üçün günün istənilən vaxtında məktəbi tərk edir, pul verməyən şagirdlər isə dərsdən yayınmış kimi qeyd olunur. Məktəblə bağlı neqativ halların valideynlər tərəfindən "SəhərMedia" xəbər portaalına daxil olduğuna görə Sevil xanım müəllimlər vasitəsilə şagirdləri "yoxlama gələndə heç bir mənfi halı qeyd etmirsiniz, əks halda sizə attestat verməyəcəyəm" deyə hədələmişdir. Qeyd etmişdir ki, məktəblə bağlı hər hansı bir qanun pozuntusunu media nümayəndələrinə çatdıran hər bir şəxsi cəzalandıracağam. Geri qayıt |