Əsas Səhifə > Manşet, Hadisə > Burda adamı LAP DƏLİ EDƏRLƏR...

Burda adamı LAP DƏLİ EDƏRLƏR...


10-12-2024, 09:26
Burda adamı LAP DƏLİ EDƏRLƏR...
Maştağa qəsəbəsində yerləşən 1 saylı ruhi-əsəb dispanserində görünməmiş olay yaşanıb. "DİA-AZ" xəbər verir ki, bu barədə Rüzgar Əmiraslan adlı sosial şəbəkə istifadəçisi paylaşım edib.

Onun müraciətini olduğu kimi təqdim edirik: "Şikayətim Maştağa əsəb-ruhi dispanserindən, şöbə müdirindəndir. Yaxınım bu günlərdə öz yaşadığımız rayonun mərkəzi xəstəxanasının psixiatrı tərəfindən Maştağaya 21 günlük müalicə üçün təyinatla göndərilib (əvvəllər də Quba psixonevrolojidə 2 dəfə müalicə alıb) Diaqnoz: paranoid şizofreniya....

Bu gün 5ci gündür... Maştağa şöbə müdiri zəng edir bizə deyir ki, xəstəni buraxmışıq evə. 5 gündür orada yatdığı. Bizdən xəbərsiz... pulsuz... yolu tanımayan xəstə adamı necə buraxa bilərlər?

Səhiyyə nazirliyinin "qaynar xətti" zənglərə cavab vermir.

Xəstəni itəliyə-itəliyə çıxarıb buraxıblar çölə. Başqa hara şikayət edə bilərəm?"

Burda adamı LAP DƏLİ EDƏRLƏR...

Geri qayıt