Əsas Səhifə > Manşet, Cəmiyyət > Burada müştəridən əlavə pul istəyirlər...
Burada müştəridən əlavə pul istəyirlər...8-12-2024, 09:38 |
"Şikayətim "166" Yükdaşıma və Logistika xidmətindəndir". "DİA-AZ" xəbər verir ki, bu barədə Rüfət Nəbiyev adlı sosial şəbəkə istifadəçisi giley edir. O daha sonra bildirir: "110 manata danışmışam xidməti. 10 manat kartına göndərdim, gedəcəyi ünvandan 100 manat almalı olduqlarını bildirdim. Evdə qadın tək olduğundan getdikləri ünvandan 110 manat tələb ediblər. Və üstəlik azmış kimi sürücü qadına bildirib ki fəhlələrin hərəsinə də 10-15 manat "çayavoy" verməsini tələb edib. Qadın da utandığından verib. Bildiyiniz dilənçidirlər. Müştəri qiymət danışır... razılaşır. Bəlkə həmin müştərinin ondan əlavə pulu yoxdur verməyə. Əlavə pul tələb etmək nəyə lazımdı axı? Mən hələ heç bir özünə hörmət edən şirkətdə görməmişəm ki işçi müştəridən bəxşiş istəsin. Ayıbdır..." Geri qayıt |