Əsas Səhifə > Manşet, Ölkə > "Verdikləri bonusun üstünə 100 manat da qoyub faiz ödəyəcəm..."

"Verdikləri bonusun üstünə 100 manat da qoyub faiz ödəyəcəm..."


5-12-2024, 08:17
"Verdikləri bonusun üstünə 100 manat da qoyub faiz ödəyəcəm..."
"İndi də əmək haqqını gecikdirirsiniz?" "DİA-AZ" bildirir ki, bunu öz etirazında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatnın (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qeyd edib. Neftçilərin əməkhaqqılarının gecikdirilməsindən və nəticədə işçilər üçün yaranan problemlərdən danışan M.Qəhrəmanlı "Azneft" İstehsalat Birliyinin çalışanlarından birinə istinadla bunları vurğulayır:
"İşçi yazır: "Azneft" İB hər ayın 5-ə qədər əmək haqqlarını ödəyirdi. İndi geçikdirilir. Səbəbi isə işçilərə verilməsi nəzərdə tutulan bonusların əmək haqqı ilə birlikdə verilməsi üçün , hesablanmanın başa çatdırılmamasıdır.
Onu da nəzərə alın ki, gecikdirdiyiniz əmək haqqına görə mənim bankda olan kreditimin üzərinə faiz gəlir, ipotekayla ev almışam , hər gecikən günə görə onun da üzərinə 70 AZN faiz gəlir.
Mən 4-cü dərəcəli fəhlə işləyirəm. Mənə maksimum 600 man bonus(-verəcəklərmi???) verəcəklər. Belə gedişlə isə verəcəyiniz bonusun üstünə 100 man.əlavə edib banka verəcəm. SOCAR-ın yeni komandası başımıza açmadığınız oyun qalmadı... Niyə,günahımız nədir?"

"DİA-AZ" bildirir ki, bu məsələyə əlavə olaraq M.Qəhrəmanlı "Azneft" rəhbərliyinə aşağıdakı xatırlatmanı da edib: "İşəgötürən: maliyyə, iqtisadi və sair digər vəziyyətindən asılı olmayaraq işçiyə, onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını - Əmək Məcəlləsi ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməyə borcludur.Əgər əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilırsə işəgötürən hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir...

***

Bonus nədir,mən yazdım. SOCAR bunu necə və hansı hallarda tədbiq edib( edir), hesablayıb ,və s. işçinin bu haqda bilməsinin ( azərbaycan dilində) marağında olan ,əmri verən və onu hazırlayan izah edər. Əgər...
Bonus mükafat xarakterli birdəfəlik ödənişdir.
Bonus (bonus) – faydalı qazıntıları şirkətlərə istismara verdiyi üçün həmin ehtiyatların üzərində mülkiyyət hüququnu saxlayan dövlətə buna görə ödənilən vəsait. Bonus hasilatın pay bölgüsü sazişlərinin imzalanması və ya icrası ilə bağlı hökumətə ödənilən mükafatdır. Bonuslar adətən mərhələlərlə ödənilir. Onun bir hissəsi layihənin əvvəlində, digər hissəsi isə layihədə müəyyən mərhələlərə çatdıqca ödənilir. Adətən hasilatın pay bölgüsü (PSA) tipli müqavilələrdə bonuslar müqaviləyə daxil edilmir. Çünki onun daxil edilməsi halında bonusun hasilat başladıqdan sonra kompensasiyası məsələsi qaldırıla bilər.
Bonus mükafat xarakterli birdəfəlik ödənişdir. Bonus
mükafat xarakterli, birdəfəlik ödəniş növü olmaqla, dövlət gəlirlərinin cüzi bir hisəsini təşkil edir. Buna görə də ona müqavilədə dövlət gəlirlərinin artırılmasına yönəldilmiş əlavə müdəa kimi baxılır. Bonuslar bir və ya bir neçə mərhələdə ödənilə bilər. Adətən belə mükafatlar müqavilələr imzalananda, kəşfiyat mərhələsi başa çatanda, ilkin hasilat baş tutanda ödənilir."

Geri qayıt