Əsas Səhifə > Manşet, Cəmiyyət > Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var

Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var


27-11-2024, 10:28
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var
Tovuz rayon sakinləri, Ələkbərova Şahnaz Azər qızı, Vəliyeva Aynurə Mirzəli qızı, İsayeva Aygün Müslüm qızı, Musayeva Şəhla Dilqəm qızı tərəfindən aidiyyatı dövlət qurumlarına mətbuat nümayəndəlirinə müraciət ünvanlanıb.

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Biz yuxarıda adımız və soyadımız qeyd olunan şikayətçi müəllimlər bildiririk ki,Tovuz Dövlət Sosial-İqtisadi Kollecində baş verənlər bizim müəllim fəaliyyətinə verilən xitamla yekunlaşmır.Bu barədə əlavə məlumat verəcəyik.Hələlik isə qayıdırıq Elm və Təhsil nazirinin qəbuluna olmağımıza və sonrakı ayda müəllimlik fəaliyyətimizə verilən xitama.

Belə ki, 18 oktyabr 2024-cü il tarixində Elm və Təhsil nazirinin Tovuzda keçirilən vətəndaş qəbulunda olduq. Cənab nazir Emin Əmrullayev Ələkbərova Şahnaz Azər qızını şəxsən qəbul etdi. (əmək fəaliyyətinə xitam verilən müəllim) Qəbul zamanı nazir bildirdi ki, Ələkbərova Şahnaz Azər qızına Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin yeni təyin olunan direktoru Hicran Əyyubova tərəfindən verilmiş xəbərdarlıq məktubu ləğv edilsin.Həmçinin, Şahnaz Ələkbərova 0,5 staf dərs saatından əlavə tiyutor ştatı ilə təmin edilsin.Xəbərdarlıq məktubu ləğv edilsin.

Qeyd etməliyik ki,18 oktyabr 2024-cü il tarixində Elm və Təhsil nazirinin Tovuzda keçirilən vətəndaş qəbulunda müəllim kimi əmək fəaliyyətinə xitam veriləcəyi ilə davamlı olaraq, hədələnmiş Vəliyeva Aynurə Mirzəli qızı və İsayeva Aygün Müslüm qızını isə nazirliyin nümayəndələri qəbul etdilər.Nazirin nümayəndə heyətinin üzvü Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmisi Samir müəllim (soyadını dəqiqləşdirə bilmədik) Aynurə Vəliyevaya 0,5 stafqa dərs saatının və tiyutor ştatının veriləcəyini söz verdi. Buna Aynurə Vəliyevanın inanmasını əminliklə ifadə etdi.(yəni mənim) Digər şikayətçi müəllim İsayeva Aygün Müslüm qızının isə dərs yükünə yenidən baxılması,1 stafqa dərs saatının verilməsi məqsədəuyğun hesab edildi.Bununla da,bizə hüquqlarımızın pozulmayacağı,iş yerini itirməyəcəyimizə dair söz verildi.

Lakin, Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin yeni təyin olunmuş direktoru Hicran Əyyubova nazirin tapşırıqlarına məhəl qoymayaraq, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı COP29-un ölkəmizdə keçirildiyi zaman kəsiyində, kollecin Həmkarlar Təşkilatının iclasını cağıraraq, bizim işdən çıxarılmağımız barədə qərar qəbul etdirdi.

Beləliklə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəsmiləri – Samir və Siyavuş müəllim qeyri-rəsmi olaraq, 14 noyabr 2024-cü il tarixində kollecə gəldilər,bizi də kollecə çağırtdıraraq,işimizə xitam verildiyini bildirdilər. Növbəti dəfə bizə vəd verərək, 2025-ci ilin yanvar ayında dərs yükünə yenidən baxılacağı,əgər dərs saatı olarsa, tiyutor ştatı gələrsə, işlə təmin ediləcəyimizi bildirdilər.Hətta şəxsimizə xüsusi vurğulandı ki,qəbul olunmuş xitam qərarından məhkəməyə müraciət olunarsa, Azərbaycan Respubilkasının digər hüquq mühafizə orqanlarına şikayət edilərsə, bizə kömək etməyəcəklər.Yəni qəbul olunmuş xitam qərarına susaq,müti şəkildə heç nə olmamış kimi davranaq.

Hətta bizə açıq konteksdə “sizin məhkəmədən qalib qayıtmaq şansınız çox azdır,” fikiri bildirildi. “Bəs nazir dərs saatı ilə təmin edilməyimizi, bizə tiyutor ştatının verilməsini bildirmişdi”, sualına isə kollecin direktoru Hicran Əyyubova gülümsəyərək,”nazir sizə yazılı sənəd verdimi ki, Hicran xanıma çatdırın, siz nazirin sözünə inanırsınız?”, cavabını verməkdən çəkinmədi. Amma bizimlə eyni vaxtda işdən çıxarılacağı barədə xəbərdarlıq məktubu almış şəxslərdən, 1nəfər isə ümumiyyətlə həmkarların iclasında müzakirəyə çıxarılmadı, işində saxlanıldı.Kollecin yeni “mütləqi hakimi” Hicran xanım öz həmyerlisini qoruya bildi.Bunu nəyin müqabilində etməsi isə bizdə təəccüb doğurmadı. Görünür, kollecə yeni işə qəbul olunmuş müəllimlər və işçilər hansı meyara görə özlərinə iş almışdılarsa, işdə saxlanılan həmyerlisinə də münasibət o qəbildən oldu.

Ərz edək ki,15 noyabr 2024- cü il tarixində Hicran xanıma yaxınlaşıb xitam əmrimizi istədik, xitam əmrini bir neçə saatdan sonra verdi. Həmkarların sədri Elmira Bağırovadan protokolun surətini istədikdə isə protokolun yazılmadığını bildirdi. Hələ də,yazılmamış “protokola” rəğmən necə müəllimlik fəaliyyətimizə xitam verilə bilər, sualına isə gözləyin,indi yazarıq dedi.

Beləcə, Samir və Siyavuş müəllimlər,Hicran xanım və onun qanuna zidd hərəkətlər edən “dəstəsi” cənab nazir Emin Əmrullayevin tapşırıq və göstərişlərinə məhəl qoymadan,planlarına və istəklərinə uyğun qərar verdilər.Bu ərəfədə yaxşı olardı ki,nazirlikdən gələn nümayəndələr Hicran xanımın otağında saatlarla oturmaqla yox, kollecin müəllimlərinin problemləri ilə də maraqlana biləydilər,kollektivi maraqlandıran suallara aydınlıq gətiriləydi.Təəssüflər olsun ki, bu baş vermədi.

Hörmətli sayt rəhbərləri, dəyərli jurnalistlər!

Sizlər daha yaxşı bilirsiniz ki, son illər təhsil sahəsində idarəçiliyə kimlər gətirilir.Bu barədə sizlərə izahat verməyi lazımsız bilirik. Eləcə də bizə dərs saatı vermək istəyirdilərsə,nədən kollecə əlavə 3 müəllimin,özü də stajları olmayan,tədris səviyyələri metodiki təcrübəyə əsaslanmayan,saxta imtahan, müsabiqə keçirməklə,işə qəbul edilməsini də anlamamış olmazsınız.Yəni indiyə qədər 1 saat dərs tədris etməyən kənd bələdiyyə sədrinin kollecə müəllim kimi işə götürülməsi ilə,15-20 ilin müəlliminin kollecdən kənarlaşdırılmasından təsirlənə bilməyən şəxslər də deyilsiniz.Onda nə münasibətdi ki,kollecin 5 ay bundan qabaq təyin olunmuş direktoru bilmək istəmir ki,nəzəri bilik təcürbəyə əsaslanır.Bizləri tədris etmədən uzaqlaşdırmaqla əksinə bu millətin gələcəyinə zərbə vurmuş olduğunun fərqinə varmır.Biz təsəvvür etmirik o,bunları bilmir,amma o,da qəbul etməlidir ki,yeni müəllimlərin (eləcə də kollecə ümumilikdə götürülən 20 dən çox işçinin) hansı maraqlardan irəli gələrək,işə qəbul olunmalarını hamı yaxşı bilir.İndi,nəticəni özünüz çıxardın! Amma Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin direktoru Hicran Əyyubovanın facebookda səviyyələrinə enmək istəmədiyimiz “şərh yazan” trolları,adlarının ahəng qanununa uyğun olub-olmadığını vəs. bilməyən “tərəfkeşləri” oradakı şəffaflıqdan danışırlar. Ağzı köpüklənə-köpüklənə “zuy tutanlar” bilsinlər ki, Hicran Əyyubova kollecə direktor təyin olunduqdan sonra ora 20-25 şəxs işə götürülüb.Onların arasında bir şəhid,qazi ailəsinin nümayəndəsi yoxdu. Əksnə Qarabağ müharibəsi şəhidi və veteranının övladlarına baxan,uşaqları himayəsinə götürən,ingilis dili müəllimi,şəhid bacısı Vəliyeva Təranə Abbasəli qızı ilə bağlı yaş senzi əsas götürüldü,onunla 1 illik əlavə müqavilə bağlanılmadı.Bir neçə gün sonra Təranə Vəliyeva Allah rəhmətinə qovuşdu.Budur humanizim,mərhəmət hissi,ali dəyər ki,Hicran Əyyubova Təranə Vəliyeva ilə bağlı qərar qəbul edərkən bu İLAHİ ƏDALƏTİ nəzərə almadı?

Bizdən və həyat yoldaşlarımızdan şikayət edən Kollecin Həmkarlar Təşkilatının sədri və müavininə dair isə bildirməliyik ki,onlar bir ailənin üzvüləri,ər və arvatdırlar. Bu qanun pozutusudur ya,yox?! Bu şəxslər bizə görə qanunları da doğru-dürüst bilmirlər. Məsələn,kollecin Həmkarlar Təşkilatının müavininə bildiririk ki, biz müəllimlər 3 aydır maaş almırıq,onun cavabı isə həqiqətən çox təəssüf doğurdu :“Rəhbərlik həmkarlara təqdimat verməlidir ki, sizə məvacib köçməyib,sonra biz o işlə məşğul olmalıyıq”.

Bu “rəhbərlər” anlamaq istəmirlər ki, həmkarlar təşkilatı direktoru yox, işçinin,müəllimin hüququnu qorumaq, onların tapdalanmış haqqını müdafiə etmək üçün yaradılmış təşkilatdır. Bu şəxs bir yandan bizlərin qərarla işdən çıxarılmasına dair protokol aktına qol çəkir,digər tərəfdən isə bizə bildirir ki,sizlər narahat olmayın məhkəmə yolu ilə işinizə bərpa olacaqsınız. Özü də ixtisasca hüquqşunas olan bu şəxsin fikirindəki təzada baxın.Təbii belə görünür,biz 15-20 ilin müəllimlərinin taleyinə pozulmuş haqq və hüququmuzun müdafiəsi yolunda mübarizə aparmaq da yazılıb. Sizləri əmin edirik ki, bundan zərrə qədər də qorxmur və usanmırıq.Axıra qədər bir neçə istiqamət üzrə şər qüvvələrə qarşı mübarizə aparacağımıza əminik.

Sadəcə düşünürük, görəsən məqsəd nədir ki, Azərbaycan Respublikasının siyasi rəhbərliyinin fikirlərinə, tövsiyələrinə, fərman və sərəncamlarına zidd, absurd qərarlar qəbul edilir, insanlar narazı salınır.

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin maliyyə-təsərrüfat fəaliyyətinə dair isə bildiririk ki,orada Azərbaycan Maliyyə Nazirliyinin yoxlama aparmasına ehtiyac duyulur.Hesab edirik ki, şəffaflıqdan,islahatdan danışılırsa Kollecin icmal büdcəsinə, ştat vahidlərinə diqqət yetirilməli,dövlət vəsaitinin istiqaməti üzrə xərclənib-xərclənməməsinə baxılmalı,alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərin nə yerdə olduğu öyrənilməli, müəllimlərin məvacibinin hesablanması qaydaları yoxlanılmalı və s. istiqamətlər növbədənkənar təftiş edilməlidir. Eləcə də, 1-2 ayın müəllimlərinə əlavə olaraq, mükafat yazılması,həmin mükafatları kimlərin alması, Şuşa şəhərinə direktorun yaxın adamlarının gəzintiyə hansı vəsaitlə getməsi və digər tədbirlərə ayrılan vəsaitlər də yoxlanılmalıdır. Hansı ki, Şuşa şəhərinə gəzinti səfəri zamanı işçilərədən pulda yığılırdı.Kollecdə monitorinq aparılmalı, sesiya imtahanları şəffaf keçirilməlidir.

Aktualinfo.org

Geri qayıt