Əsas Səhifə > Manşet, Ölkə > Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB...

Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB...


27-11-2024, 09:17
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB...
Yasamal rayonu Ümüd Əkbərov küçəsi ev 109 da yaşayan Fatimə Kələndərova 32 saylı Mənzil Kommunal İstismar idarəsindən şikayətçidir.

"DİA-AZ"ın məlumatına görə, vətəndaş iddia edir ki 2015-ci ildə 32 saylı Mənzil Kommunal İstismar idarəsinin keçmiş rəisi Sahib Zalov rüşvət qarşılığında 5 mərtəbəli binanın qarşısındankı məişət tullantılarının konteynerlərinin yerini ləğv edərək sakinlərin həyət qapısının qarşısına qoyub.

Şikayətçi deyir ki, bəzən günlərlə zibillər atılmır, pis qoxudan küçəyə çıxmaq olmur. O aidiyyatı qrumlara müraciət edərək, zibil konteynerlərinin yaşayış evlərindən kənara qoyulması üçün göstəriş vermələrini xahiş edir.

Daha ətraflı aşağıdakı videoda:


Geri qayıt