Əsas Səhifə > Manşet, Ölkə > “İnvestAZ”: Dələduzluğun bir növü, YOXSA?..
“İnvestAZ”: Dələduzluğun bir növü, YOXSA?..21-10-2024, 10:47 |
Son zamanlar Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin sayı artıb. “Yatırımı sadələşdirmək”, “asan və anlaşılan şəkildə müştəriyə təqdim etmək” devizi ilə fəaliyyət göstərən şirkətlərdən biri də “İnvestAZ”dır. diaaz.space xəbər verir ki, bu şirkətlə bağlı vətəndaşlar sosial şəbəkələrdə çoxsaylı müraciətlər ünvanlayırlar. Bəs görəsən belə investisiya şirkətləri nə dərəcədə güvənlidir? Vətəndaşları aldada bilərlərmi? Bu məsələlərdə insanlar nələrə diqqət etməlidirlər? Mövzu ilə bağlı apardığımız araşdırmalardan da aydın olur ki, əslində bu kimi maliyyə qurumlarının fəaliyyəti ifşa olunmuş dələduz şəbəkələrdən hansısa formada ciddi fərqlənmir və bu barədə danışan ekspertlər açıq ifadələrlə vətəndaşları ehtiyatlı olmağa çağırır. Əslində həqiqətən də Azərbaycanda qiymətli kağızlar bazarı real olaraq yoxdur və elə buna görə də aşağıdakı məqamlar mütləq şəkildə nəzərə alınmalıdır. diaaz.space bu barədə ekspert rəyini olduğu kimi təqdim edir: “Bizdə heç kim heç kimin qiymətli kağızını elə-belə almır. Çünki bilinmir ki, onun arxasında nə durur, gəlir gətirəcəkmi, aldadacaqlarmı... Azərbaycanda valyuta bazarı da çox primitivdir. Bəllidir ki, milli valyutanın məzənnəsi sabitdir və Mərkəzi Bank tərəfindən tənzimlənir. Buna görə də “İnvestAZ” kimi investisiya şirkətləri milli bazarda real xidmət göstərə bilməzlər. Nə xidmət göstərəcək? Xarici bazarlarda ola bilər. Onda gərək insanlarımız xarici şirkətlərin səhmlərini alsınlar. Buna görə də, düşünürəm, Azərbaycanda xarici bazarları bilən kifayət qədər peşəkarlar yoxdur ki, nəsə etsinlər. Həm də təhlükəlidir. Nəsə səhm aldınız, sabah batdı. Mən belə bir fəaliyyətə çox ehtiyatla yanaşardım. Ən azından insanlara tövsiyə edirəm ki, son pullarını gedib belə maliyyə əməliyyatlarına yerləşdirməsinlər. Kiminsə çox pulu varsa, istəyirsə, bir hissəsini qoysun, görsün ki, nəsə gəlir əldə edə biləcək, ya yox”. YAZILARA İSTİNAD MÜTLƏQDİR... Geri qayıt |