Əsas Səhifə > Manşet, Siyasət > "Söz vermişdim ki, bir daha bu mağazaya ayağım dəyməyəcək, amma..."

"Söz vermişdim ki, bir daha bu mağazaya ayağım dəyməyəcək, amma..."


19-10-2024, 10:03
"Söz vermişdim ki, bir daha bu mağazaya ayağım dəyməyəcək, amma..."
" "Kontakt Home" kimi bərbad xidməti olan ikinci mağaza tanımıram!!! 3 gündü mənə elə bir stres yaşadırlar ki! Bir neçə il bundan öncə yaşadığım problemlərə görə söz vermişdim ki, bir daha bu mağazaya ayağım dəyməyəcək. Amma yenə endirimə aldandım və çox peşmanam!!!" diaaz.space xəbər verir ki, bu barədə tanınmış mədəniyyət işçisi Sara Muradova giley edir.
Onun narazılıq dolu qeydlərini olduğu kimi təqdim edirik: "Yadınızda saxlayın... Kontakt home-la rəqabət aparmaqçun onlar hansısa məhsula endirim edən kimi, digər elektronika satan mağazalar da dərhal bu endirimi edir. Çalışın axtarıb o məhsulu başqa yerdən alasız. Heyif ki, mən bunu yenicə öyrəndim.
1. 11 oktyabrda İnşaatçılar filialından tozsoran aldım. Həmin filialda yalnız vitrin malı qaldığına görə xahiş etdim ki, Azadlıq filialından gətirsinlər. Satıcı dedi ki, 2 günə gələcək və biz sizə zəng vuracağıq. Kassada mənə dedilər ki, satıcı tozsoranın hansı filialdan gələcəyini qeyd etməyib. Məhz həmin satıcı artıq yoxa çıxmışdı deyə başqa biri məni əmin etdi ki, prpbıemi dərhal həll edəcək.
2. Bazar ertəsi özüm zəng vurdum ki, tozsoran harda qaldı. Yenə də “sizə tezliklə məlumat veriləcək” deyib dəstəyi asdılar. Təbii ki məlumat verən də olmadı. Özüm yenidən zəng edəndə operator mənə narazı şəkildə bildirdi ki, gəlməyib tozsoran hələ. Əmin etdi ki, ən geci 16 oktyabr mağazada olacaq.
3. 16 oktyabr axşam getdim mağazaya. Nəzərə alaq ki, İnşaatçılar filialının qarşısında maşın saxlamağa yer də yoxdur. Hər dəfə ora getmək özü ayrıca bir dərddir. “Sifarişinizi görə bilmirik” dedilər. Deməli operator məni telefonda yola vermişdi və araşdırmamışdı! Müdiriyyətə yaxınlaşdım və o mənə kömək etməyə çalışdı. Məlum oldu ki, satıcı mənim sifarişimi düzgün yönləndirməyib. Hələ üstəlik Şeş qoşa kampaniyasına belə məno yönləndirməyi lazım bilməyin! Müdiriyyət mənə bu imkanı yaratdı, sağ olsun. Söz verdi ki, sabah sizin məhsul artıq burada olacaq. Ona da xatırlatdım ki, mən artıq 6 gündür ona görə gözəyirəm ki, vitrin məhsulu olmasın aa, məhz upakovka olsun.
4. 17 oktyabr artıq 3cü dəfə getdim mağazaya və həmin satıcını gördüm. Mənim “siz niyə mənim sifarişimi vaxtında düzgüm icra etməmisiz?” Sualıma “gəlib dəə pılesosunuz” deyərək çox kobud rəftar etdi. Tozsoranə həhayət götürüb getdim evə.
5. Evdə açanda şoka düşdüm! Bunlar mənə 7ci gündə verdiyi məhsulu çirkli satıblar, təsəvvür edirsiiz?? İçi bütün toz, torpaq. Təkərləri çirk. Deməli vitrin malını veriblər. Dərhal zəng elədim yenə onlara.dedilər whatsappa yazın, 24 saata həll olunacaq. Şəkillərini çəkib göndərdim.
Bildim ki, heç nə də həll olunmayacaq, təzədən tozsoranı yığıb apardım mağazaya. Yeni bir müdiriyyətlə danışdım və tələb etdim ki, tozsoranı məndən təhvil alsınlar. Özləri də əmin oldu ki, mənə dəfələrlə işlənmiş mal satıblar!!! Bildirildi ki, sabah gəlib ya malınızı dəyişəcəksiniz ya da pulunuzu geri alacaqsız. Yeni mal istəmədim, çünki bilirəm ki, həmin o məsuliyyətsiz və vicdansız satıcının vaxtında düz işləmədiyinə görə bütün filiallarda həmin tozsoran bitib!!!! Boşuna məni 7 gün süründürüblər. Məcbur olub vitrin malı veriblər. Başları da işləməyib ki, heç olmasa tozunu silsinlər.
6. 18 oktyabr tarixində Kontakt home-un Şikayətlər şöbəsinin az qala 5 əməkdaşlı ilə danışmışam. Eyni sualları verirlər və nəticədə “sizinlə qısa zamanda əlaqə saxlanılacaq” deyib dururlar. Məni dolayıblar görünür. Sadə bir şey istəmişəm - yalnız vitrində qalıbsa pulumu qaytarın!!!!! Əlləri gəlmir! Uzadacaqlar ki, 14 gün tamam olsun və sonra deyəcəkıər ki, 14 gündən sonra qaytarmaq olmur. Amma bu yerə çatdırsaz, indiki kimi səbrlə davranmayacağam. Görəcəksiz.
Nəticədə Kontakt Home-un bərbad xidməti sayəsində mən digər normal mağazalardan bu pılesosu almaq şansını da itirdim. Çünki endirim zamanı hamısı satıldı!!! Mənə isə məhz bu model lazım idi. Kontakt home məni şah və mat elədi!.."

Geri qayıt