Əsas Səhifə > Manşet, Gündəm > `Azəriqaz`da narazı işçilər TƏQİB OLUNUR

`Azəriqaz`da narazı işçilər TƏQİB OLUNUR


9-10-2024, 08:07
`Azəriqaz`da narazı işçilər TƏQİB OLUNUR
"Bildiyiniz kimi, ötən həftə "Azəriqaz" İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin 1,2,3 saylı təmir tikinti quraşdırma sahəsinin işçiləri əmək hüquqlarının pozulması ilə əlaqədar ölkə başçısına, müvafiq dövlət qurumlarına və təşkilatımıza (NHMT nəzərdə tutulur -diaaz.space) ərizə ilə müraciət ediblər". diaaz.space xəbər verir ki, bunu öz açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.

Tanınmış hüquq müdafiəçisi daha sonra bildirib: "Onlar qeyd edirlər ki, dəfələrlə TTİ rəhbərliyinə müraciət etsələrdə hələ də problem həllini tapmayıb.
Şikayət ərizəsi ictimailəşdirildikdən sonra, bu gün (dünən -red.) ərizəyə qol çəkmiş işçilərə təzyiq olunub.
İşçilərin verdiyi məlumata görə, 2 saylı təmir-tikinti quraşdırma sahəsinin rəisi Oktay adlı şəxs sənədə imza çəkənlərin üzərinə düşərək onları hədələyir. Onlara "bundan sonra sən ezamiyyətə getməyəcəksən" deyərək hədələməkdən yetinmir və bütün imza edən şəxslərə bu və digər hallar kimi hədə-qorxu gəlir ki, hamınızı rəhbərlik qarşısına göndərəcəm".

"Əgər deyilənlər doğrudursa, hörmətli Oktay müəllim, növbəti dəfə işçi hüququnu pozmuş olur!" deyə Mirvari Qəhrəmanlı fikrini yekunlaşdırmaqla yanaşı əlaqədar qurum və şəxslərdən baş verənlərin araşdırılmasını, qanunlara uyğun tədbir görülməsini tələb edir.

`Azəriqaz`da narazı işçilər TƏQİB OLUNUR
`Azəriqaz`da narazı işçilər TƏQİB OLUNUR
`Azəriqaz`da narazı işçilər TƏQİB OLUNUR
`Azəriqaz`da narazı işçilər TƏQİB OLUNUR
`Azəriqaz`da narazı işçilər TƏQİB OLUNUR

Geri qayıt