Əsas Səhifə > Manşet, Hadisə > `Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR...
`Azəriqaz`ın işçisi vətəndaşdan RÜŞVƏT TƏLƏB EDİR...2-10-2024, 09:40 |
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı növbəti vətəndaş gileyini ictimailəşdirib. diaaz.space olaraq M.Qəhrəmanlının sosial şəbəkə paylaşımını təqdim edirik: "Abşeron rayonu Aşağı Güzdək qəzəbəsi yolunda yerləşən "Cənnət Park" yaşayış kompleksi bina 9, mənzil 7-də yaşayan vətəndaşdan "Azəriqaz" işçisi qaz sayğacının qurasdırılmasına görə rüşvət istəyir. Vətəndaş yazır: 30 manata qane olmur. Mən belə görürəm ki "Azəriqaz" rəhbərliyi nə düşünür? Pul vermədiyim üçün mənim mənzilimə qaz sayğacı quraşdırılmır. Bəhanələr gətirirlər, çünki pul vermirəm. Hətta istifadə olunan materialın pulunu da məndən istəyir. Məndən material pulu 50 manat və əlhaqqı olaraq da 30 manata yaxın durmadığını sübutlayan səs yazısını və mesajı sildi. "Azəriqaz" İB-nə müraciət edirəm: əgər hərəkətlərində qeyri-qanuni tələblər yox idisə, göndərdiyi SMS-i niyə silirdi ki?" Geri qayıt |