Zaur Mikayılov hesabat verir ki, hər şey əladır. Adamın öz həqiqətləri var... Və bu "həqiqətlər"in reallığa hansısa formada dəxli yoxdur. Bu reallığın - söylədiyim həqiqətin isə təsir gücü sıfırdır. Bunu mən də bilirəm... Siz də...
Amma buna baxmayaraq Zaur Mikayılov hesabat verir. Nəyin hesabatını? Azərbaycanın su təsərrüfatını necə dağıtdığının hesabatını? Bunu da inşallah, verəcək... Zamanı var..
Həm də hüquq mühafizə orqanlarının qarşısında...
İndi isə saxta hesabatları ilə gündəmi məşğul edir... Yəqin ki, Zaur Mikayılov gələndən içdiyi və əkinini suvardığı su harama dönənlər də mənim qədər ümidlidir...
Nəhayətdə bizdən sonrakı nəsil də eynən bizim uşaqlığımızda olduğu kimi krantdan gələn suya ağzını dayayıb içə biləcək...
Biz ümid edirik...
Ümid edirik ki, Zaur nəhayətdə yarımçıq buraxdığı piştaxtasının arxasına qayıdacaq...
"DİA-AZ"









