Sakinlər narahatdır. Onlar Yasamal RİH-dən tələb edirlər ki, Akademik Şəfayət Mehdiyev küçəsindəki bu ərazini təmziləsinlər.
"DİA-AZ" olaraq bu barədə iki il əvvəl də yazmışdıq. O zaman da sözügedən ərazi zibilxanaya çevrilmişdi.
Sakinlər deyir ki, hər səhər maşınlarla müxtəlif tullantıların daşınması və antisanitar şəraitin yaranması adi hala şevrilib.
Sakinlər yazır: "Yəqin hansısa məmur buranı ələ keçirmək istəyir. Maşınları müəyyən etmək asandır. Hər yer kameradır. O zaman işin içində kimin olduğunu tapacaqlar".
Xatırladaq ki, iki il əvvəl "DİA-AZ" olaraq yazdığımız yazıdan dərhal sonra vaxt ərazi təmizləndi, amma hazırda yenidən zibil poliqonuna çevrilib. Qeyd edək ki, bura "Salyan kazarması" kimi tanınan yerdir.
Məsələ diqqətimizdədir...










