
" "Birbank" artıq tam həddini aşıb". "DİA-AZ" xəbər verir ki, bu barədə"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "72 saatdır öz pulumu mənə qaytarmırlar. 3 gündür eyni şeyi izah edirəm – qardaşım öz BirBank hesabından mənə pul göndərib, illərdir etdiyimiz adi köçürmə. Soyad eyni, hesablar eyni, hər şey aydın.
Dünən zəng edirlər ki, “kartınıza 2 min köçürmə olub, ona görə bloklamışıq.”
No shit? 3 gündür mən də sizə bunu demirəm?
Ən gülməlisi nədir?
Bankda bütün data, bütün tarixçə, bütün tranzaksiyalar var – amma yenə də “inanmırlar.” Deyirlər, “onda həmin vaxt olan WhatsApp yazışmasını göndərin, inanaq.”
Yəni dünyanın “rəqəmsal bankı” müştərinin pulunu bloklayır, əlində bütün məlumat olduğu halda inanmaq üçün WhatsApp ss istəyir.
Sadəcə öz səhvlərinə görə üzə çıxmamaq üçün hər yola əl atırlar.
WhatsApp yazışmasını da göndərdim – hələ də hesabı açmayıblar.
Doğrudan da məqsəd nədir? İnsanları mənasız yerə süründürməkdən zövq alırlar?
Dünənə qədər marketdə kartlarını konfet kimi paylayan bank, indi özünü dünyanın ən təhlükəsiz bankı kimi aparır..."










