"Şikayətim ABB-dəndir. Köçürmə edirəm digər karta. Mən köçürmə edən zaman aşağıda komissiya vergi haqqı və başqa heç nə yazmır. Amma köçürməni edəndən sonra məndən 29.08 manat vergi tutur..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Səyyad Babayev adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: "Mən zatən 29.08 manatı görsə idim köçürməni etməyəcəkdim. Təzə taktikadır bu? Komissiya olan hissədə heç nə yazılmır, amma 29.08 manat balansdan çıxılır. Bunun bir adı var: saxtakarlıq. ABB-yə zəng etmişəm... deyirlər, texniki məsələdi. Mən pulumun geri qaytarılmasın tələb edirəm. Həm də çox sürətli şəkildə..."









