Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Tarix: 19-11-2024, 09:00 | Çap et
 Gəncə Regional Turizm İdarəsi “Xan yurdu” etno qəsəbəsinin təbliğat və təşviqat işlərinin həyata keçirilməsi üzrə 08.09.2024-cü ildə başladığı kotirovka sorğusunun nəticələrini açıqlayıb. Dövlət satınalmalarının vahid internet portalına 16.11.2024-cü ildə yerləşdirilimiş məlumata görə müsabiqənin qalibi “TASK HUB” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 23.475 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Bundan əlavə Gəncə Regional Turizm İdarəsi 16.11.2024-cü ildə “TASK HUB” MMC ilə bir mənbədən satınalma metodu ilə daha bir müqavilə bağlayıb. Göygöl Moruq Festivalının təşkili üzrə keçirilmiş bu müsabiqə isə 8.147,6 manat dəyərində qiymətləndirilib.
İndi gəlin görək Gəncə Regional Turizm İdarəsinin bir gündə iki satınalma müqaviləsi bağladığı MMC kimə məxsusdur və nə kimi işlər görür?
Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TASK HUB” (VÖEN: 2305984031) Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.02.2024-cü il tarixdə 12 saylı Ərazi Vergilə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının GƏNCƏ ŞƏHƏRİ, GÜLÜSTAN QƏSƏBƏSİ, ev 17, m. 3, qanuni təmsilçisi kimi isə İsgəndərov Tural Telman oğlu qeyd olunub.
Apardığımız ətraflı araşdırma zamanı məlum oldu ki, İsgəndərov Tural Telman oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və İdarəetmə fakultəsi, mühasibat uçotu və audit kafedrasında assistentdir.
Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi Gəncə Regional Turizm İdarəsi 8 ay əvvəl dövlət qeydiyyatına alınmış, heç bir təcrübəyə malik olmayan bir MMC ilə təbliğat və təşviqat işlərinin, festifalın həyata keçirilməsi işləri üzrə 31 min manatdan çox dəyəri olan satınalma müqavilələri bağlayıb.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə Göygöl rayonunda “Moruq Festivalı” keçirilib. Göygöl rayon İcra Hakimiyyətinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən festival Sentyabrın 14-15-də Göygöl rayonunun Keşkü kəndində baş tutub. Tədbirin açılışında Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov,Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov iştirak ediblər.
Rəsmi məlumatlardan da göründüyü kimi, Göygöl rayonunda “Moruq Festivalı” sentyabrın 14-15-də keçirilib. Sual yaranır. Sentyabrda keçirilmiş bir tədbirin təşkili üzrə satınalmanın nətiıcəsi nədən noyabrda açıqlanıb? Festifalın təşkilinə nə qədər vəsaitin xərclənməsi bəlli olmasa da, bəlil olan odur ki, sentyabrda festifalın keçirilməsinə xərclənən pulu indi satınalma yolu ilə dövlətdən geri gütürürlər. Bu da təbii ki, Aqrar Universitetinin assistentnin işi deyildir.
Görsənən odur ki, MMC-nin qanuni təmsilçisi İsgəndərov Tural Telman oğlu burada formal bir şəxsdir. “TASK HUB” MMC-nin arxasında ya Aqrar Universitetin rektoru Zəfər Qurbanov, ya da Gəncədəki yüksək çinli məmurlardan biri dayanır. Bu 16 avqust 2023-cü il tarixindən Dövlət Turizm Agentliyinin əmri ilə Gəncə Regional Turizm İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş Zaur Bayramov da ola bilər.
Aktualinfo.org


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Peşə məktəbləri ilə bağlı QALMAQAL
Bu gün, 15:10 |
|
|
|
• Azərbaycanda problemli kreditlər artır - SƏBƏBLƏR
Bu gün, 13:20 |
|
|
|
• "Fransa Makrondan bezib" - Volodin
Bu gün, 13:18 |
|
|
|
• II Qaregin Paşinyanla bağlı təlimat verdi - Zarkerak.am
Bu gün, 13:00 |
|
|
|
• Vaşinqton razılaşmaları və Rusiya: geosiyasi məğlubiyyət, yoxsa taktiki fasilə? - NƏ BAŞ VERİR?
Bu gün, 12:53 |
|
|
|
• Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb - İLGİNC FAKTLAR...
Bu gün, 12:51 |
|
|
|
• Azərbaycanla sülh sazişi ölkəmizə investisiyaları artıracaq - Ermənistan Mərkəzi Bankının sədri
Bu gün, 12:38 |
|
|
|
• "Kreditin ləğv olunmasını tələb etmişəm... AMMA..." - NARAZILIQ VAR...
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycan vətəndaşları üçün məhdudiyyət olan ölkə varmı? - AKTUAL
Bu gün, 12:03 |
|
|
|
• Qarabağ ermənilərinin köçəri həyat tərzi bölgədə problemləri davam etdirir - ŞƏRH
Bu gün, 11:56 |
|
|
|
• Adil Vəliyev icra nümayəndəsini işdən çıxardı - Yeni təyinatlar
Bu gün, 11:54 |
|
|
|
• Gürcüstan yenidən ÇALXALANIR – Rusiyanın dəhşətli ssenarisi belə İFŞA EDİLDİ
Bu gün, 11:50 |
|
|
|
• “Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?” - ETİRAZ
Bu gün, 11:48 |
|
|
|
• Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri gələn il tamamlanacaq
Bu gün, 11:40 |
|
|
|
• Yasamalda “Avant” MTK özbaşınalığı… - VİDEO
Bu gün, 11:36 |
|
|
|
• Paşinyan Yaponiyadan qayıdan zaman hökumət təyyarəsi Monqolustan və Qazaxıstanda niyə dayanıb?
Bu gün, 11:24 |
|
|
|
• Ermənistanın varlığı Türkiyə və Azərbaycanla normallaşmadan asılıdır - ŞƏRH
Bu gün, 11:20 |
|
|
|
• Sabiq icra başçısına məxsus olduğu deyilən otel 236 milyon manata satışa çıxarılıb – Fotolar
Bu gün, 11:18 |
|
|
|
• Azərbaycanda bu nazirliklərin birləşəcəyi - GÖZLƏNİLİR
Bu gün, 11:12 |
|
|
|
• “FNC” BOKT 4,75 milyon manatlıq borc cəlb edir
Bu gün, 11:07 |
|
|
|
• Yaslarda ehsan ləğv edilir - İllərin ənənəsinə hörmətsizlik, yoxsa dini qayda?
Bu gün, 11:03 |
|
|
|
• Xalq artisti Sərdar Fərəcovun son durumu açıqlanıb
Bu gün, 10:57 |
|
|
|
• Pakistan Ermənistana buna görə "yaşıl işıq" YANDIRIR - TASS
Bu gün, 10:49 |
|
|
|
• Evləri sökülən “Bayırşəhər” sakinləri... - "Gələcəyinizi ucuz satmayın"
Bu gün, 10:43 |
|
|
|
• Payız və qış aylarında hansı kənd təsərrüfatı məhsulları bahalaşacaq? - Ekspert
Bu gün, 10:38 |
|
|
|
• Sabiq nazir müavini işdən çıxarıldı - Yeni vəzifə verildi
Bu gün, 10:36 |
|
|
|
• Maştağa sakinlərindən ŞİKAYƏT – “1991-ci ildən xətt çəkilib, amma su yoxdur...”
Bu gün, 10:32 |
|
|
|
• Paşinyan iş gününə hansı musiqi ilə başlayır?.. - "Aremenian Tayms"
Bu gün, 09:51 |
|
|
|
• Şirkətin pulunu mənimsəyən ekspeditorla bağlı qərar çıxarıldı - TƏFƏRRÜAT
Bu gün, 09:49 |
|
|
|
• Amerika tərəfi ilə "Tramp yolu" ilə bağlı müzakirələr planlaşdırılır - Ermənistan XİN
Bu gün, 09:45 |
|
|
|
• Etibar Məmmədov aktiv siyasətə qayıda bilər - AÇIQLAMA
Bu gün, 09:25 |
|
|
|
• Rusiya prosesdən kənarda qaldığını yaxşı dərk edir... - ONA GÖRƏ DƏ...
Bu gün, 09:21 |
|
|
|
• Paşinyanın təyyarəsi Azərbaycanın hava məkanına daxil olarkən… - AKTUAL
Bu gün, 09:19 |
|
|
|
• Ət bazarında qıtlıq və bahalaşma DAYANMIR - NƏ ETMƏLİ?
Bu gün, 09:18 |
|
|
|
• İrəvan hökumətinin götürdüyü xətt qənaətbəxşdir... - AMMA...
Bu gün, 09:16 |
|
|
|
• İranın azərbaycanlılara qarşı dəhşətli planı: illər əvvəl başladı – Ermənistan detalı
Bu gün, 09:15 |
|
|
|
• Qubanın yollarını 2,1 milyon manata bu şirkət - TƏMİR EDƏCƏK
Bu gün, 09:11 |
|
|
|
• “Tehranın tarixi saxtakarlığı fiaskoya məhkumdur” - Başqa cür ola da bilməz...
Bu gün, 09:09 |
|
|
|
• Keçmiş deputat BDU rektorunu BİABIR ETDİ... - Ramiz Mehdiyevin əmrindədir?
Bu gün, 09:02 |
|
|
|
• Avropa Paşinyan üçün “xilas əməliyyatı"na başladı - NƏ BAŞ VERİR?
Bu gün, 08:53 |
|
|
|
• 211 saylı məktəbdə ibtidai siniflər risk altında... - direktor müavini heç kimi eşitmir
Bu gün, 08:50 |
|
|
|
• Tramp geciksə, Putin qazanacaq... - BU FAKTDIR...
Bu gün, 08:43 |
|
|
|
• Ukrayna ixtilafı: ABŞ-la Avropa niyə birləşə bilmir?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:48 |
|
|
|
• Ukrayna ilə ÜZ-ÜZƏ GƏLİRİK - İLK DƏFƏ
Bu gün, 07:45 |
|
|
|
• Qobuda qanunsuz tikintiyə hansı məmur icazə verib? - VİDEO
Bu gün, 07:30 |
|
|
|
• “Rabitəbank”la bağlı “cashback” qalmaqalı - TƏFƏRRÜAT
Bu gün, 07:27 |
|
|
|
• Keçmiş PA şefi Azərbaycandan birdəfəlik gedir? - FOTO
Bu gün, 07:25 |
|
|
|
• Göygöldə vakant müəllim yerləri gizlədilir - NARAZILIQ VAR...
Bu gün, 07:20 |
|
|
|
• "Valideynlər məktəb direktorlarının və sinif rəhbərlərinin əlində alət olmasınlar" - ÇAĞIRIŞ
Bu gün, 07:16 |
|
|
|
• “Yolüstü Restoranı”nda vergidən YOLÜSTÜ YAYINMA - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12 |
|
|
|
|