Əsas Səhifə > Ana xəbər / Güney Press > “Ramiz Mehdiyev işi”: 50 nəfərlik siyahı bir-bir açılacaq
“Ramiz Mehdiyev işi”: 50 nəfərlik siyahı bir-bir açılacaqBu gün, 15:51 |
|
“Ramiz Mehdiyev işi” üzrə cinayət məsuliyyətinə cəlb edilənlərin olması Azərbaycanda dövlət çevrilişinə cəhd edən şəbəkənin mövcud olduğunu təsdiq edir. Yəni “5-ci kolon” yalnız Ramiz Mehdiyev və onun ətrafındakı bir neçə nəfərdən ibarət olmayıb. AXCP sədri Əli Kərimlinin və ona siyasi yaxınlığı ilə seçilən bəzilərinin həbsi hakimiyyəti qeyri-konstitusion yollarla ələ keçirməkdə Ramiz Mehdiyevə yardımçı olacaq komandanın üzvlərini ifşa etməyə kömək edir. Qeyd edək ki, həmin siyahıda 50 nəfərin adı yer alıb. Lakin ilk vaxtlar sözügedən 50 nəfərin kimlərdən ibarət olduğu barədə aydın olmadığından, bununla bağlı suallar səslənirdi. Əli Kərimlinin, Məhəmməd İbrahimin həbsi onların da adlarının Ramiz Mehdiyevin siyahısına daxil olması barədə məlumatların həqiqət olduğunu isbat edir. Deməli, istintaq araşdırması davam etdikcə, çevriliş planının tərkib hissəsi olanların adları ictimaiyyətə açıqlanacaq. Çox güman ki, təhlükəsizlik orqanları Ramiz Mehdiyevin cinayət şəbəkəsinin “qolları”nın haralara uzanması haqqında ətraflı məlumata malik olub. Əli Kərimlinin həbsi xüsusilə “5-ci kolon”un qaragüruh müxalifəti də əhatə etdiyinə dair fikirlərin yalan olmadığını deməyə əsas verir. Belə radikal qruplar ölkədə qeyri-sabitlik yaratmaq, siyasi təxribatlar törətməklə Ramiz Mehdiyevin məmur korpusunun hakimiyyəti ələ keçirməsinə şərait yaratmalı imiş. Lakin artıq bu qruplaşmanın iki əsas rəhbərlərinin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilməsi 50 nəfərin kimlərdən ibarət olduğunu müəyyənləşdirməyə imkan yaradacaq. Artıq onların bəzilərinin adları ictimaiyyətə məlumdur-Əli Kərimli, Məmməd İbrahim, Gültəkin Hacıbəyli. Bu baxımdan, yaxın günlərdə həbslərin davam edəcəyi gözlənilir. Yəqin ki, istintaq prosesində, yəni qarşıdakı 2 ay 15 gün ərzində cinayətkar şəbəkənin başqa üzvləri də aşkara çıxacaq. Beləliklə, Azərbaycanda Rusiyaya bağlı “5-ci kolon”un mövcudluğuna yaxın aylarda son qoyulacağını demək olar. “Cebheinfo.az” Geri qayıt |