Əsas Səhifə > Ana xəbər / Güney Press > “Rusiyanın vəzifədə qalan mehdiyevçilərlə iş aparacağı gözləniləndir”
“Rusiyanın vəzifədə qalan mehdiyevçilərlə iş aparacağı gözləniləndir”Bu gün, 11:38 |
|
“Ramiz Mehdiyev və onun əlaltıları hələ də müxtəlif dövlət və hökumət vəzifələrində çoxdurlar. Uzun illər yüksək vəzifəsindən və hüdudsuz səlahiyyətlərindən istifadə edərək Mehdiyev bütün qurumları hörümçək toru kimi sarmışdı”. Bu barədə Musavat.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, Mehdiyev faktiki olaraq hakimiyyət içində “hakimiyyət” yaratmışdı: “Ramiz Mehdiyevin vəzifələrə gətirdiyi adamlar məhz onu özlərinin böyüyü sayıblar. Bu gün də vəzifələrdə qalanları özlərini gizlətməyə çalışsalar da, əslində qatı mehdiyevçidirlər və fürsət düşsə, hərəkətə keçməyə hazırdırlar”. Politoloq hesab edir ki, Rusiyanın qarşıdakı müddətdə vəzifədə qalan mehdiyevçilərlə iş aparacağı da gözləniləndir: “Bütün bunlara görə həmin şəxslər də son nəfərlərinə qədər vəzifələrdən təmizlənməlidir. FETÖ Türkiyədə necə şəbəkələnmişdisə, mehdiyevçilər də buna bənzər şəbəkələnmişdilər. Şəbəkənin üzvlərindən bu gün də vəzifələrdə olanlar kifayət qədərdir”. Ramiz Mehdiyevin nazir müavini vəzifəsindən çıxarılan oğluna gəlincə, M.Əsədullazadə qeyd edib ki, onun istintaqa cəlb olunması labüddür: “O, general rütbəsi daşıyıb və əlində səlahiyyətləri olub. Teymur Mehdiyev həm atasının işi üzrə dindirilməlidir və bəlkə də artıq dindirilib, həm də vəzifədə olduğu dövrdəki fəaliyyəti təftiş oluna bilər. Atasının hakimiyyəti zorla ələ keçirmə planları haqda məlumatı olmamış deyil. Hətta 50 nəfərlik Dövlət Şurasında onun da yer aldığı istisna edilməməlidir. Şübhəsiz ki, adı siyahıda olubsa, istintaqa məlumdur”. Geri qayıt |