Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazir iki idarə rəisini vəzifəsindən azad etdi

Nazir iki idarə rəisini vəzifəsindən azad etdi


Bu gün, 11:18

Ədliyyə Nazirliyinin Sumqayıt və Şirvan Regional Ədliyyə İdarələrinin rəisləri vəzifəsindən azad olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazir Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Eyvaz Məmmədov Sumqayıt Regional Ədliyyə İdarəsinin, Nizami Hüseynov isə Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Digər əmrlə, Sumqayıt Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsinin icrası Hüseyn Məmmədova, Şirvan Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsi isə Cabir Məmmədova həvalə olunub.


Geri qayıt