Əsas Səhifə > Ana xəbər / Güney Press > Mehdiyevlərin Bank BTB-si batır
Mehdiyevlərin Bank BTB-si batırBu gün, 10:43 |
|
Bank BTB ASC-nin ləğvi və ya rəhbərliyində dəyişiklik gündəmə gəlib. Tribuna.az xəbər verir ki, bank sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğluna məxsusdur. Bunu bir müddət əvvəl özü açıqlayıb ki, bank oğlu Teymur Mehdiyevindir. Halbuki oğlu nazir müavini vəzifəsini tutub və qanunla biznes qurması qadağandır. İndi isə işdən azad olunub və bankın əlindən alınması ehtimalı yüksəkdir. Bank BTB ASC həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvstisiya Şirkəti” ASC-nin təsisçisidir. Bu, klan idarəçiliyinin klassik modelidir: resurs ailədən kənara çıxmır, amma formal görünüşdə biznes kimi təqdim edilir. Bu şəbəkənin tam açılması üçün indi növbəti mərhələ məhz həmin kapitalın izinə düşmək olacaq. Çünki siyasi toxunulmazlıq bitəndə iqtisadi toxunulmazlıq da uzun müddət davam edə bilməz. Geri qayıt |