Əsas Səhifə > Ana xəbər / Güney Press > Mingəçevir Heydər Əliyev Mərkəzinə yeni rəhbər təyin olundu

Mingəçevir Heydər Əliyev Mərkəzinə yeni rəhbər təyin olundu


Bu gün, 09:58

Mingəçevir Heydər Əliyev Mərkəzinə yeni rəhbər təyin olunub.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, tanınmış pedaqoq və ictimaiyyətçi Mənsur Həsənov uzun müddətdir vakant olan Heydər Əliyev Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Bu gün o, rəsmən kollektivə təqdim olunacaq.

Mənsur Həsənov 20 saylı şəhər orta məktəbində müəllim, 9 və 17 saylı orta məktəblərdə isə direktor vəzifəsində çalışıb.

Pedaqoji fəaliyyətlə məşğul olduğu zaman yetirmələri dəfələrlə respublika fənn olimpiadalarının qalib və mükafatçıları sırasında yer alıb.


Geri qayıt