Əsas Səhifə > Ana xəbər / Güney Press > Şabranın az qala yarısı Mehdiyevin imiş...

Şabranın az qala yarısı Mehdiyevin imiş...


Bu gün, 06:30

Ramiz Mehdiyevin və ailə üzvlərinin ölkənin müxtəlif rayonlarında qeyri-qanuni yolla sahib olduqları əmlakın sayı bitmək bilmir.

Sitat.info-ya daxil olan məlunata görə, Şabran rayonunda Ramiz Mehdiyevin 2 villası var. Villalardan biri Giləvar, digəri isə Qalaaltı kəndindədir.

Bununla yanaşı Mehdiyevin kürəkəni də onunla qonşudur. Onun da iki malikanəsi var. Kürkənin də bu villaları Mehdiyevin hesabına əldə etdiyi heç kimə sirr deyil.

Üstəgəl Şabran rayonunun Gəndob kəndində Mehdiyevin meyvə-tərəvəz saxlanması üçün böyük soyuducu anbarladan ibarət məntəqəsi var və onu fermerlərə icarəyə verməklə məşğuldur.

Sakinlərin sözlərinə görə, bu soyuducu anbarlarda məhsul saxlamaq olduqca baha başa gəlir.

Qeyd edək ki, Ramiz Mehdiyevin ən böyük və dəbdəbəli villası Qəbələ rayonunda yerləşir və bir müddət öncə Sitat.info-nun bu barədə reportajı olmuşdu.

Sonda onu da əlavə edək ki, bu məlumatı verən Şabran rayon sakinləri villaların görüntülərini də əldə edib bizə göndərəcəklərini bildiriblər.


Geri qayıt