Əsas Səhifə > Ana xəbər / Güney Press > Sumqayıtda “Buratino Kids” mağazasından ŞOK QANUNSUZLUQ

Sumqayıtda “Buratino Kids” mağazasından ŞOK QANUNSUZLUQ


Bu gün, 14:31

Sumqayıtda fəaliyyət göstərən “Buratino Kids” adlı uşaq geyim mağazasında istehlakçı hüquqlarının pozulduğu iddia olunur.

Bu barədə Gununsesi.info-ya çoxsaylı şikayətlər daxil olub.

Şikayətçilərin bildirdiyinə görə, mağazada qəbz verilməməsi, ƏDV-dən yayınma və aldadıcı satış praktikasına yol verilməsi halları müşahidə olunur.

Redaksiyamıza daxil olan şikayətdə o da iddia olunur ki, alış zamanı ödəmə sənədi tələb edildikdə mağaza əməkdaşları bundan yayınır, bəzən isə müştərilərə “İstəyirsiniz, Vergilər Nazirliyinə şikayət edin” cavabı verilir:

“Həmin obyekt sənədlərdə “əyləncə mərkəzi” kimi qeydiyyatdan keçib. Lakin faktiki olaraq mağaza geyim məhsullarının pərakəndə satışı ilə məşğuldur. Bu isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin bir neçə maddəsinə ziddir:

  • Maddə 33: İqtisadi fəaliyyətin düzgün bəyan edilməsi məcburidir.
  • Maddə 57–58: Vergidən yayınma və fəaliyyətin gizlədilməsinə görə məsuliyyət.

Qəbz verilməməsi həm dövlətin, həm də vətəndaşın aldadılması deməkdir.

Alış zamanı ƏDV qəbzi tələb edildikdə, mağaza əməkdaşları ya bundan yayınır. Alınan hər bir məhsula görə ƏDV ödənilməli olduğu halda, mağaza qeydiyyatsız satışlar aparır.

Bu isə aşağıdakı hüquqi normativlərin pozulmasıdır:

Qəbz təqdim edilməməsi “İstehlakçıların Hüquqlarının Müdafiəsi Haqqında” Qanunun 15-ci maddəsinin pozulması hesab olunur və həm dövlət büdcəsinin, həm də alıcı hüquqlarının zərər görməsinə səbəb olur.

Bu isə sadəcə hüquq pozuntusu deyil, dövlət qurumlarını və qanunları saymamaqdır”.

Şikayətçilər məsələnin araşdırılması üçün aidiyyəti qurumların müdaxiləsini tələb edirlər.


Geri qayıt