Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azərbaycanda hələ də SSRi xülyası ilə yaşayanlar var"

"Azərbaycanda hələ də SSRi xülyası ilə yaşayanlar var"


Bu gün, 07:48

"Azərbaycanda hələ də SSRi xülyası ilə yaşayanlar var. Bəzi müsbət cəhətləri olsa da, çox murdar quruluş idi! A kişilər, pulunuz ola-ola adi maşın ala bilmirdiniz, Kremldəkilər isə "Çayka"- larda gəzirdilər! İndi pulunuz varsa, gedin, təyyarə alın!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Azərbaycanın İstanbuldakı sabiq baş konsulu Xeyrəddin Qoca qeyd edib.
O daha sonra bildirir: "Kommunist Partiyasının üzvü olmayanlar ömürlərində vəzifə üzü görə bilməzdilər! İndi kimin qabiliyyəti, bacarığı, istedadı var, heç vəzifə istəmir!
Faktlarla bütün sosial şəbəkələri doldurmaq olar. Bir sözlə, sizlərin boş xülyası heç zaman həyata keçməyəcək!
Yekə adamlarsınız, gedin, işinizlə məşğul olun!.."


Geri qayıt