Əsas Səhifə > Ana xəbər / Güney Press > Ucarın icra başçısı tenderi saymır
Ucarın icra başçısı tenderi saymırBu gün, 06:45 |
|
Ucar şəhərində abadlıq işlərinin görülməsi üçün 46 100 manat məbləğində vəsait ayrılıb. Bizimesr.az bildirir ki, işləri "Avtoyoltikintiservis” MMC icra edəcək. Lakin diqqət çəkən məqam odur ki, Ucar Rayon İcra Hakimiyyəti ilə şirkət arasında bağlanan müqavilə dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməyib. Satınalma prosedurunun portaldan kənar keçirilməsi isə şəffaflıq baxımından suallar yaradır. “Dövlət satınalmaları haqqında” Qanuna görə, 10 min manatdan yuxarı bütün dövlət satınalmaları tender üsulu ilə və yalnız vahid satınalma portalı üzərindən həyata keçirilməlidir. Mütəxəssislər hesab edir ki, bu cür hallar həm qanun pozuntusu, həm də büdcə vəsaitlərinin xərclənməsində şəffaflıqdan yayınma riskini artırır. Geri qayıt |