Əsas Səhifə > Ana xəbər / Güney Press > “Kanal 13”ün rəhbəri Əziz Orucov azadlığa buraxıldı

“Kanal 13”ün rəhbəri Əziz Orucov azadlığa buraxıldı


Bu gün, 09:46

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa buraxılıb.

Teleqraf xəbər verir ki, Əziz Orucovun cəza müddəti bu gün bitib.

O, Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəsissəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə Əziz Orucov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb.

Əziz Orucov Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə ittiham edilib.


Geri qayıt