Əsas Səhifə > Ana xəbər / Güney Press > II Qaregin tezliklə vəzifəsindən uzaqlaşdırılacaq

II Qaregin tezliklə vəzifəsindən uzaqlaşdırılacaq


Bu gün, 09:32

Bütün ermənilərin katolikosu II Qaregin tezliklə vəzifəsindən uzaqlaşdırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, Baş nazir Nikol Paşinyan və komandası hər gün 2026-cı il parlament seçkilərinin bütün mümkün ssenarilərini müzakirə edirlər:

“Mənbələrimizin bildirdiyinə görə, Paşinyan üçün ən vacib məsələ seçki siyahısıdır. Siyahı tərtib olunarkən hər bir şəxsin tərcümeyi-halı, davranışı, nüfuzu ən xırda detallarına qədər araşdırılacaq. Paşinyanın siyahını təmizləməsi və seçkilərə özü ilə kimləri aparacağını müəyyənləşdirməsi üçün hələ uzun müddət lazım olacaq.

Hakim komanda əmindir növbəti dəfə seçkilərdə qalib gələcəklər, onlarla rəqabət apara biləcək qüvvə yoxdur.

Əldə etdiyimiz məlumata görə, parlament seçkilərinin vacibliyindən əlavə, Paşinyan üçün bir nömrəli mövzu katolikosun vəzifədən uzaqlaşdırılmasıdır. Hakimiyyət dairələrindəki mənbələr bunun tezliklə həyata keçiriləcəyini bildirir. Bu məsələnin çox tez həll ediləcəyi, hər şeyin hazırlanmış plana uyğun getdiyi deyilir”.


Geri qayıt