Əsas Səhifə > Ana xəbər / Güney Press > Yaş həddi standartlarımız...

Yaş həddi standartlarımız...


Bu gün, 06:55

"Kembric alimləri iddia edir ki, yeniyetməlik dövrü 9 yaşdan 32 yaşadək davam edir..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.

O daha sonra bildirir: "Onlara görə beynin beş mərhələsi bunlardır: 1) uşaqlıq - 9 yaşadək; 2) yeniyetməlik – 9-32 yaş; 3) yetkinlik – 32-66 yaş; 4) erkən qocalma – 66-83 yaş; 5) gec yaşlanma – 83 yaşdan sonra. Ümumən müasir yeniyetməliyin tez başlaması və gec bitməsi fikri yeni deyil. Lakin indiyədək deyirdilər ki, yeniyetməlik təxmini 25 yaşda bitir. Bu tədqiqatlar müasir qanunvericilik və cəmiyyətdəki yanaşmaların yanlış olduğuna dəlalət edir. Məsələn, biz 18 yaşında olan şəxsi formal olaraq yeniyetmə hesab edir və əməllərinə görə sərt cəzalandırırıq. Halbuki, o, şəxsiyyət kimi hələ tam formalaşmayıb. Eyni zamanda, məsələn, 15 yaşlının ailə qurmasını erkən nikah hesab edirik, lakin 20 yaşlının isə yox. Halbuki, aralarında elə də ciddi fərq yoxdur. Axı söhbət sırf cinsi (əqli yox) yetkinlikdən gedirsə, onun təxmini yaşı 13-dür. Zatən müasir dövrdə cinsi həyata bu yaşlardan başlayanların sayı artmaqdadır. Amma nikaha girmələri yasaqdır. Ona görə ki, guya əqli yetkinlik 18 yaşdan başlayır. Lakin bu, həqiqətə uyğun deyil... Bir sözlə, elm deyir ki, hüquqi və mənəvi normalarımızı yenidən nəzərdən keçirməliyik. Və bir sıra suala birmənalı cavab yoxdur..."


Geri qayıt