Əsas Səhifə > Ana xəbər / Güney Press > Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQ
Siqaretin qiyməti 2 dəfə BAHALAŞACAQBu gün, 06:36 |
|
Azərbaycanda siqaret və siqarların aksiz dərəcələri artırıla bilər. Bu barədə məlumat 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.2026- cı həmçinin spirtli içkilərin də qiymətlərində artım gözlənilir. Bunu nəzərə alaraq növbəti ildə sözügedən məmulatların qiymət artımının təxminən nə qədər artacağını ehtimal etmək olar? Mövzuyla bağlı İqtisadçı Ekspert Xalid Kərimli REFERANS-ın suallarını cavablandırıb. İqtisadi məsələlər üzrə ekspert bildirib ki, təbii ki, tütün məmulatlarının qiymətlərində artım birmənalı şəkildə qaçılmazdır. Bu proses mərhələli formada reallaşacaqdır. Ekspert mövzuyla onu da bağlı qeyd edib ki, burada əsasən aksis vergisi qədər artım mümkün olacaq. Yəni vergi nə qədər qoyulacaqsa qiymətlər də bir o qədər artacaq. Aksis vergisi maya dəyərinə nə qədər təsir edirdisə artımda da o qədər olur. Müsahibimiz həmçinin vurğulayıb ki, Azərbaycanda vergi və əlavə dəyər vergisi qiymətin üzərinə gəlir. Paralel olaraq da dövlət büdcəsinin 2026 layihəsində aksiz vergisi siqaretlərə artırılır. Təxminən 1000 ədəd üçün 45,5 manatdan 55 manata qaldırılması planlaşdırılır. Bu isə 20.9% artım deməkdir. Bu vergidə artım siqaret istehsalçıları və satıcıları tərəfindən satış qiymətlərinə ötürüləcə. Bir sözlə bu sahədə “süni qiymət artımı” risk amili də inkarolunmazdır. “Məhz buna görə də 2026- cı ildə Azərbaycan tütün məmulatlarının satış qiymətlərində artımları müşahidə edəcəyik”, – deyə Xalid Kərimli əlavə edib. Geri qayıt |