Əsas Səhifə > Ana xəbər / Güney Press > "Ruslar yenə də tariximizi saxtalaşdırmaq istəyir..."

"Ruslar yenə də tariximizi saxtalaşdırmaq istəyir..."


Bu gün, 11:29

"Azərbaycanlı və rus arxeoloqları Azıx mağarasında birgə arxeoloji qazıntıları yenidən başlayıblar..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov çıxış edib.

O daha sonra bildirir: "Deyilənə görə, tədqiqatlar Afrikanı 2 milyon il əvvəl tərk etmiş ilkin insanın Avrasiyada yayılması barədə daha geniş məlumatlar əldə etməyə imkan verəcək.

Görünən odur ki, ruslar yenə də tariximizi saxtalaşdırmaq istəyir.

 Biz Afrikadan-zaddan gəlməmişik. Əzəldən burada yaşamışıq və xalis türk dilində danışmışıq. Sonra başqaları bizi istila edərək dilimizi öz sözləri ilə zibillədilər..."


Geri qayıt