Əsas Səhifə > Ana xəbər / Güney Press > Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq...

Yumurtanı öz vətəndaşımıza BAHA.. xariciyə ucuz satırıq...


Bu gün, 16:42

Bu ilin ilk 9 ayı ərzində Azərbaycandan xaricə ümumi dəyəri 6 milyon 395,3 min dollar olan 89 milyon 365 min ədəd yumurta ixrac edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yumurta ixracı 5 ölkəyə – ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qambiya və Syerra-Leoneyə olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 7,15 sent (təxminən 12,1 qəpik) olub.
Qeyd edək ki, bu ilin ilk 9 ayında yumurta Azərbaycandan xarici ölkələrə aşağıdakı qiymətlərlə ixrac edilib:
Birləşmiş Ərəb Əmirlikləri – 53 milyon 815 min ədəd (10,8 qəpik);
ABŞ – 33 milyon 499 min ədəd (bir ədədin orta gömrük dəyəri 14,4 qəpik);
Qambiya – 898,6 min ədəd (10,4 qəpik);
İraq – 360 min ədəd (9,9 qəpik);
Syerra-Leone – 792 min ədəd (10,9 qəpik).


Onu da bildirək ki, bu ilin oktyabr ayında Azərbaycanda yumurtanın pərakəndə satış qiyməti 18,2 qəpik olub. Yanvar ayı ilə müqayisədə yumurtanın qiyməti 2,3 qəpik və ya 14,5% bahalaşıb. Belə ki, bu ilin yanvar ayında marketlərdə bir ədəd yumurtanın orta satış qiyməti 15,9 qəpik olub.


Geri qayıt